Mən onları Gəncədə, bir ay təlimdə olduğumuz müddətdə tanımışdım. Biz dörd nəfər tibb məntəqəsinin sanitarları idik. Onlar da mənim kimi könüllü gəlmişdilər. Gənc, həyatsevər, sevgi dolu... Əslində, bu hekayəni özüm danışmaq istəmirəm. Çünki hisslərimin, sevincimin, kədərimin şahidi olduğum hadisələrə qarışıb fərqli hekayə yaradacağından qorxuram. Buna görə də sizə sanitar Müşfiq Rüstəmovun gündəliyini oxumaq istəyirəm. Bu gündəlikdə nakam sevgi, həqiqi dostluq, yarımçıq qalmış ömürlər, itirilmiş gəncliklər var. Bu gündəlikdə ölüm, müharibə, həyat, qalibiyyət var. Və nəhayət, bu gündəlikdə “Biz!” varıq...
Fəlsəfə müəllimimiz bir dəfə demişdi: “Eşq ən qısa ömürlü duyğudur. Bəzən həvəs, ehtiras belə eşqdən uzunömürlü olur. Eşq dəyişir, yerini sevgiyə, dostluğa hörmətə... daha nə bilim, hər şeyə, hətta nifrətə belə verir. Amma əmin olun ki... bütün eşqlər gerçəkdir, bütün eşqlər səmimidir və bütün eşqlər günahsızdır”.
Eşq dəyişir, yerini sevgiyə, dostluğa hörmətə... daha nə bilim, hər şeyə, hətta nifrətə belə verir.