Читать бесплатно онлайн книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlərавтор Vahid Çəmənli
Vahid Çəmənli
Səni sevmək üçün gəldim dünyaya
Şeirlər
Шрифты предоставлены компанией «ПараТайп»
© Vahid Çəmənli, 2020
Kitaba Azərbaycanlı şair-publisist Vahid Çəmənlinin son dövrlərdə yazdığı şeirlər və Rahib Məmmədovun xatirəsinə həsr olunan sənədli hekayə daxil edilmişdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
ISBN 978-5-4498-4622-8
Создано в интеллектуальной издательской системе Ridero
Оглавление
- Səni sevmək üçün gəldim dünyaya
- Hürİzad Xalamın əzİz xatİrəsinə həsr edİrəm
- Mİnnətdarlıq
- Yolçusuz yolların yolçusu
- El anası anaların anası Hürİzad xalam
- İndİ
- Gəlİr
- Ata yurduna
- Ay badam ağacı
- Ağdamım
- Bayraq
- Sənİ sevmək üçün gəldİm dünyaya
- Ömür kİtabımı vərəqləyirəm
- Adını özünə gerİ verİrəm
- Yağı əlİndədİ Vətən torpağı
- Ay Vətən oğlu
- Kaİnatın nİzamı
- Nədİkİ
- Dostum Çİngİzə
- Adam
- Sevgİdən de, sevgİdən yaz
- Görüş
- Rübaİ
- Günlərİn
- Atraksİona yağış yağır
- Yaz, ara
- Sobada odun yox
- Gəlİr
- Bəndə
- Sarı Təpə
- Mənİm
- Çİngİz Kürdəmİrlİ İlə deyİşmə
- Gəlmİr
- Dostum Çingiz Kürdəmirlİyə
- Yansın sözü olmayanı
- Düşür
- Nə xəyal eylər
- Olmur
- Oldu
- Bİlməz
- Yaşadım
- Dərvİş
- Ustad
- Olmaz
- Edərlər
- Mİn İl bundan qabaq öləsİ İdİn
- Ay Vətən
- Düşüncələr
- Nə İşİn var qoruqda?
- Məzahİr İsgəndərə
- İndİ o günlərİm xatİrələrdə
- Bu eşqİ
- Ayrılaq
- Gözəl
- Mühasİbata
- Yoxdur
- Bu necə səhərdİ
- Araz axır aramızdan
- Gələcəm
- Nəf gəzİrəm yamanlıqda
- Düşər
- Gedər
- Adam adama
- Bİlmİrəm
- Kİşİ
- Oldu
- 03.03.3030 — cu İlə məktub
- Bu zİrvədən o tərəfə
- Qara köç
- Enən çağımdı
- Öyrən
- Yoxdu
- Olur
- Özümü Şuşada bİldİm
- Əzİzİm
- Şəddi-Şahnaz oxu
- Çıxır
- Gəlİr
- Eləmə
- İnsan
- Yoxdur
- Gülüm
- Özünüz dedİnİz
- Səndən qalan xatİrə
- Adİl Çəfakeşİn «Kefdəyəm e, kefdəyəm» şeİrİnə
- Ey Haqq gəzən
- Bİrgünlük qonağam
- Yazaq
- Anlayar
- Çəkİl göylərİmdən ay qara bulud
- Koronavİrus
- Korona vİrus
- Unudulmayan qəhrəmanlar
- 1.Rİonİ çayı
- 2. 1987-cİ İldə Ağdam
- 3. Təbİətlə üz-üzə
- 4. Ağ atlı oğlan
- 5. Əbədİyyətİn bİr addımlığında
- 6. Unudulmayan qəhrəman
- Haray
- Rahİb
- Şaİr Hİkmət Zİya Rahİb Məmmədovun xatİrəsinə «Rahİb» adlı şeİrİnİ həsr edİb
- Son söz
Hürİzad Xalamın əzİz xatİrəsinə həsr edİrəm
Mİnnətdarlıq
Ədəbi yaradıcılıq sahəsində həyatımın son dörd ilinin uğurlarına görə dostum, sinif yoldaşım, Çəmənlidə böyük hörmət sahibi olan, Məhərrəm əminin ocağının odqoruyanı Nizami Bayramova minnətdaram. Bu illər ərzində bir birininn ardınca «Bu yay da belə keçdi», «Gözlərimin işığında», «Bir fəqir yolçuyam», «Səni sevmək üçün gəldim dünyaya» adlı şeirlər kitabım işıq üzü gördü. Nizami olmasaydı, bu kitabların heç biri olmazdı. O məni öz kəndimə, öz dostlarıma, öz ruhuma qaytardı. Baxımsız qalıb dağlan evimin acısını çəkməyə qoymadı. Öz evində məni ev sahibi kimi qəbul etdi, ocağının başında oturtdu.
Mən səninlə fəxr edirəm, əziz dostum!
Yolçusuz yolların yolçusu
Mən Vahidi 70-ci illərin sonlarından, tələbə ikən tanıyırdım. Təbinə də bələd idim. Ağrısını, yanğısını da bilirdim. Son illərə kimi özündən, sözündən xəbərsiz idim.
Bu dəfə onu şeirlərindən tanıdım. Artıq şeirləri də özü kimi müdrikləşib. Şeirlərinin saçları da öz saçları kimi ağarıb. Mehribanlığı isə həmənki kimidi.
Vahid Çəmənlinin mənə təqdim etdiyi bu kitabdakı şeirləri onun indiyədək oxuduğum şeirlərindən üslub və yanaşması ilə fərqlənir. Son vaxtlar daha çox qoşmalar yazır. Yaxşı da alınır. Hansı formada yazmağın fərqi yoxdur. Əsas olan özünü lazımca ifadə etməkdir.
Vahidin şeirlərində məni ən çox özünə çəkən onun vətən mövzulu, vətən həsrətli şeirləridir. Bu bəlkə də çəkdiyimiz dərddən, ağrıdan doğur. Həsrətin, ayrılığın, hissin doğmalığından gəlir. İstənilən itki, yoxluq adamı ağrıdır. Yurd, vətən — Qarabağ itkisi isə tam başqadır.
Nə yaxşı ki, Vahidin doğulduğu Çəmənli kəndi işğal altında deyil. Vahid kəndinə gedə bilir. İlk addım atdığı torpağı yenidən addımlayır. O yollar, cığırlar onun uşaqlıq xatirələrini oyadır. Amma Vahid də Çəmənlidən əlini uzatsa çata biləsi Ağdama, Şuşaya, baba yurdu Kəlbəcərə hələ də həsrətlə baxır. Bu baxış Vahidin içini yandırır.
Vahidəm, fəryadım döndü ağıya,
Kim verdi fürsəti acgöz yağıya?
Cənnət məkanımı verib dığaya
Səhrada komalar tikirəm indi.
və ya
Əhvalın necədi, ay tənham, təkim?
Yolçusuz yollarım,
Dağılan səkim.
Sənin həsrətini nə qədər çəkim?
Yağının əlində əsir Ağdamım.
Vahidin bayrağa sevgisi də özünəməxsusdur:
Rəngin üç olsa da, qan rəngindəsən,
Qaçqın, köçkün də sən, didərgin də sən…
Zəfər döyüşündə ürəyimdəsən,
Sənsən cəsarətim, savaşım Bayraq.
Vahid Çəmənlinin şeirlərində səmimiyyət var. Özü necə danışırsa, şeiri də adamla eləcə, səmimiyyətlə, ədəblə danışır. Hətta deyişmələri də…
Əlindən qum kimi süzülüb axdı,
Hesabı qum qədər olan günlərin…
Ağrısı, acısı canını yaxdı,
Vədəsiz açılıb solan günlərin.
Vahidin ruhu oxşayan, sadə dildə yazılmış gözəl şeirləri var.
«Gəlir» şeirində yazır:
…Söyüdlər üstümə sallayıb çətri.
Məst edir nanənin, yarpızın ətri,
Sinəmdə çağlayır nəğmənin sətri,
Ağ vərəq üstünə şirin söz gəlir.
Vahid, içimdədi harayım, hayım…
Yanır, külə dönür məhəbbət payım.
Qayğımı çəkməyə yox əmim, dayım,
Nə Sakit yetişir, nə Çingiz gəlir.
İndiki qarışıq dünyada qayğını çəkməyin çətinliyi başa düşüləndi. Amma inanıram ki, Vahidin şeirlərinin daxili səsini eşidənlər çox olacaq.
Kitabda Vahid Çəmənlinin son illərdə yazdığı şeirlərlə bərabər onun Rahib Məmmədovun xatirəsinə həsr olunmuş “ Unudulmayan qəhrəmanlar» sənədli əsəri də yer alıb.
Ağdamın birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid qəhrəmanlarından da əvvəl qəhrəman olmuş övladlarından biri — 20 yaşlı əsgər Rahib Məmmədovun 1987-ci ildə Rioni çayının daşması nəticəsində ölümlə üzbəüz qalan Gürcüstanın Xobi rayonun Çaladidi kəndinin sakinlərini təkbaşına xilas etməsindən, gürcü xalqının ona olan sevgisindən, Çiladidi və doğulub boya-başa çatdığı Ağdamın Mahrızlı kəndlərindəki məktəblərə Rahib Məmmədovun adının verilməsindən, o dövrdə, SSRİ məkanında bu hadisənin böyük əks-səda doğurmasından yazan müəllif əsərdə qəhrəmanın və qəhrəmanlığın unudulmadığını sənədli formada oxuculara çatdırır.
İnanıram ki, Vahid Çəmənli bundan sonra da könlümüzü oxşayan yeni şeirlərlə, əsərlərlə bizi hələ çox sevindirəcək.
Rəfail Tağızadə
Şair-publisist
El anası anaların anası Hürİzad xalam
Böyük ürəyi vardı