Fatma Ahmed kızı Nabieva
Acı həyat
Roman
Fonts by «ParaType»
Proofreader Санан Вахид оглы Набиев
© Fatma Ahmed kızı Nabieva, 2021
Roman yazılmış kəntdə böyümüş Mələk adlı qızın həyatı haqda. Yaşadığımız həyat belədir, bəzən insanları elə çətin sınaqlarla üzləşdirir ki, axlından keçirməyə belə qorxduğun real hadisələrlə qarşı — qarşıya gətirir. Bəzi insanlarda hansısa yaşadıqları pis hadisə üzündən həyatlarına küsərək, tanımadıqları başqa günahsız birini qırıb — üzrək, heyif çıxmaq peşində olurlar. Mələyidə qisməti aparıb, şəhər yerində heç axlına belə gətirə biləməyəcək birisi ilə qarşılaşdırır.
ISBN 978-5-0053-9624-2
Created with Ridero smart publishing system
Contents
Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.
Hər insanın yaşadığı ömürü elə bir hekayədir, bəziləri haqda gözəl bir kitab yazmaq olar. Bəzi İnsanların isə, həyat hekayələri belədir, qəmli və kədərli. Hamını eyni təbəqədə ifadə etmək, təssüflər olsun ki, qeyri mümkündür. Həyat kimini güldürür, kimini isə üzər — ağladar, o gözəl ürəyini vaxtsız incidər.
Mələk orta məktəbini əla qiymətlə bitirməyinə baxmayaraq, azacıq xalı catmamışdı və, unverstetə qəbul ola bilməmişdir. Yazıq qızın ailəsi imkansız olduğuna görə, pulluyada yazılmamışdı. Mələk kənt yerində böyümüşdü, cox sadə işgüzar və, tərbiyəli qız idi. Yazıq üzgün — fikirli, addımlayırdı yolun kənarı ilə. Havada elə qaralmışdı ki, sanki yazıq qızın gizlin ürəyinə axan göz yaşlarına ortaq olmaq istəyirdi damçıları ilə. Birdən şimşək çaxdı, göy guruldadı. Mələk kiçikliyindən ildırımdan — tufandan qorxan idi. Evlərinə tez catmaqçün yolunu qısaldaraq, çöllük sahədən getməyə qərara gəldi. Hər dəfə ildırım çaxdığında, yazığın ürəyi sanki yerindən qopacaqdı, cox həyəcanlanırdı. Qaçaraq yoldan kənara kecib, sahəyə tərəf addımladı və sahəyə kecdi. Biraz getmişdi, uzaqdan çöllük sahədən görürdü yağış gəlirdi. Çiskindən o tərəfləri görmək mümkün deyildi. Mələk bir anlıq dayanıb baxdı, az sanyələr ərzində özünü isladacaq yağışa tərəf. Az vaxdan yağış yetişib, yazığı damcıları ilə qucaqlayaraq isladıb kecdi. Mələk buralarda böyüyüb boya — başa çatdığından, yaxşı tanıyırdı çöllüyün yolunu — cığırını. Artıq batıb islanmışdı, yazıq üzüntüsündən elə — beldə yorğundu. Dərindən nəfəs alıb, islanmış üzünü silib addımlamağa başladı. Qarşıda itin hürən səsini duydu, sevindi. Mələk bilirdi bu sahədə yaşlı bir tanıdıqları kişi, hər zaman qoyun mal — qara otarırdı. Mələkdə bu sahədən tez — tez keçdiyindən, çoban kişinin itləri qızı tanıyırdılar. Birdən it hürə — hürə gəldi. Mələk iti dostum deyə səsləndiyində, it quyruğunu bulayaraq qaçıb gəlib, qızın üstünə tullanaraq oynaşmağa başladı. Mələk-itə: of dostum üstümü palçıq etdin, başını sığalladı. İt şıltaqlanıb yenə hobbanıb düşərək, ayaqlarını üstünə qoyub tanıdığını və, gördüyünə sevindiyini ifadə etdi. Mələk itin başını sığallayaraq oxşadı, gəl dostum bilirsən mən ildırımı sevmirəm, qaçaq burdan. Mələk bir anlıq dərdini unudub, uşaq kimi itin yanınca qaçmağa başladı. İtdə gah qızı ötür, gahda qayıdıb üstünə tullanaraq, yenə üstünü palçıqlayıb öndən qaçırdı. Mələk zarafatla — itə: dostum məni oxşatın daş — kömür mədənində çalışanlara. Əlindəki çantasını başına tutub qaçırdı ki, çoxda batmasın.
Gəlib coban kişinin yatdığı talvarın yanına çatıb, altdan yuxarı baxıb səslədi. Murad dayı burdasınızmı? səs gəlmədyinçə öz — özünə, yəqin yazıq Murad dayıda batıb. Of bu yağışda qoyunların dalıycamı çıxmış. İt hürə — hürə başqa tərəfə qaçdı getdi, çiskindən — yağışdan heçnə görsənmirdi. Mələk nərdivanla talvara dırmandı. Əlini atıb nərdivanın son pilləsindən talvara keçmək istədiyində, kiminsə qolunu üzünə qoyub yatdığını görüb, dayanıb baxdı. Yatan cavan oğlandı idi, Mələk birinciydi onu burda görürdü. Oğlan hec tələsmədən, qolunu üzündən götürüb Mələyə baxdı. Mələk biraz şaşqın halda, — oğlana: Murad dayı yoxmu burda? oğlan yerində oturub üzünə əlini cəkib, — Mələyə: yoxdur. Mələk oğlanın özündən razı birisi olduğunu danışığından anladı. Birazda əsəbləşdi belə deməsinə — oğlana: sən kimsən? buralarda görmədim daha öncə səni. Oğlanın özünə təs — tərs baxdığını görüb, — oğlana: dilinimi unutdun? sual verdim, kimsən sən. Murad dayının yerində nə işin var? danışığınada fikir ver. Oğlan əsəblə, — Mələyə: səndənmi soruşacam harda nə işimin olub — olmadığını? səndə öz danışığına fikir ver. Mələk biraz şüphəli baxışlarla baxıb nə isə demək istəyirdi, Murad kişi səslədi, qızım Mələk. Mələk yuxardan aşağı batmış kişiyə baxdıb gülümsədi. Can Murad dayı səndə mənim kimi batmısan, of gəl əynini dəyiş xəstələnərsən. Kişi gülümsəyərək, — Mələyə: qızım mən alışqanam illərdir belə islanmaqlara. Məndən narahat olma, qalx üstə batırma özünü, məndə indi gəlirəm. Mələk dönüb gözlərini qıyaraq, əsəblə oğlana baxdı. Yuxarı çıxıb heç oğlanı saymadan, keçib talvarda döşəkçədə oturdu. Talvar çoxda geniş deyildi. Oğlan ayağını uzadıb oturduğuna görə, — oğlana: biraz yığcam otur, hamıya yer olsun. Oğlan başını narazılıqla sirkələyib, bardaş qurub oturmağa çalışdı, alınmadı. Əlləri ilə dizlərini qucaqlayıb oturaraq, Mələyə əsəblə baxdı. Anlaşılırdı kənt uşağı olmadığı. Az vaxdan kişidə qalxdı yuxarı, gəlib əyləşdi.Batmış papağını başından çıxarıb kənara qoyub, Mələyə baxıb gülümsədi. Mələk tez termuzu götürüb kişiyə isti cay süzdü, götürüb fincanı uzatdı. Kişi götürüb gülümsəyərək, təşəkkür etdi, sağol qızım. Bax belə yağışda isti çayın yeri bşqadır. Özünədə süz qızım, sən hardan belə gəlirdin? Mələk yalandan gülümsəyib, — kişiyə: rayona getmişdim, alacaq şeylərim vardı. Kişi anladı, artıq yazıq qızı üzmək istəmədi soruşub. Başını qatmaqçün, — Mələyə: bax bizim yaramaz yenə üstünü palçıqlamış. Mələk üstünə baxıb gülümsəyərək, — kişiyə: dostumdur o mənim, bir şey olmaz. Sizin yağışda birinci batmadığınız kimi, məndə üstümün batmasına alışdım artıq, birinci deyil. Götürüb özünədə termuzdan çay süzüdü. Oğlana məhəl qoymadan, üzgün baxışlarla baxdı dışarda yağan yağışa. Anladı bu kimdisə kişinin tanıdığıdır, soruşmadıda.
Mələyin anası dışarı baxıb, — ərinə: Davud, qızım görəsən yoldamı qaldı bu yağışda? of qızım. Əri gülümsəyərək, — arvadına: yəqin yenə sahədən kecmiş, yolu qısa olsun deyə. Murad dayıyla talvarda oturub çay icirlər çoxdan. Narahat olma sən, yağış kəsdiyində gələcək. Anası narahat və, üzgün görsənirdi. Əri dərindən nəfəs alıb — arvadına: bax Roza belə durub qızın qalan ürəyinidə üzmə, nə edək alınmadı. Bilirəm qız pərişan oldu o qədər hazırlaşmışdı, bəzən atalığımdan utanıram evladımın qarşısında. Özüdə üzgün baxışlarla kənara baxdı, arvadı anlayırdı əri xəcalət çəkirdi. Atasıda çox xəcalət çəkirdi, qızını pulluda oxuda bilmədiyiçün. Arvad — ərinə: düz deyirsən, dünyanın sonu deyil ki? asma səndə suratını. Əri üzgün baxışlara baxaraq, kefsiz masadan çay finçanını götürüb içdi.
Mələk çayını bitirib, — kişiyə: yağış yavaşıdı mən evə qaçım. Kişi gülümsəyərək, — Mələyə: qızım bu mənim başqa şəhərdə yaşayan böyük nəvəmdir, adı Səlimdir. Mələk hər zaman oldüğü kimi, ürəyində söz gizlədə bilən deyildi. Hər şeyi olduğu kimə üzə deməyi xoşlayandı, kişidə bunu yaxşı bilirdi. Mələk oğlana baxmadan, — kişiyə: nəvən olsada, sizə oxşamamış mərəfətindən. Oğlan əsəblə baxdı, — Mələyə: sən nə haqla mənimlə belə danışırsan? sən mənim mərəfətsizliyimimi gördün. Babası sanki anlamışdı, Mələyin nəvəsinə belə deyəcəyini. Nəvəsi görməsin deyə, kənara baxıb gülümsədu. Mələk — oğlana: qolunu üzünə qoyub burda leş düşüb yatmağından anlamaq cətin deyildi. Qalxıb babana yardım etdib azacıq səndə islansaydın, tərifə layiq olardın. Oğlan nə isə demək istəyirdi, babası imkan vermədi. Səlim, Mələk qızım kimsəyə arxadan söz deyən deyil. Hər zaman səhvi olanın, səhvini üzünə deyən cəsarətli qızımdır o mənim. İşarə etdi ki sussun, qıza kobut cavab qaytarmasın. Səlim — Mələyə: elə axıllıydın gəlib yardım edərdində. Mələk — Səlimə: xəbər verdilər nəvəsi gəlmiş babasına, ona görə gecikdim Səlim bəy. Xəbər verənlər demədilər, şəhərdən gəlib burda rahat — rahat yatdığını. İnan bilsəm gələrdim, hec şüphən olmasın. Biz az belə yağışlarda islanmadıq, qorxumuz yoxdur bəzilərinin kimi. Səlim babasının özünə baxdığını gördüyündə, özünü zor tutdu ki, Mələyi açılamamaqçün. Mələk ayağa qalxıb, nərdivandan biraz enib — kişiyə: Murad dayı dəyiş paltarını xəstələnərsən. Kişi razılığını bildirərək gülümsəyib, — Mələyə: tamam qızım, narahat olma. Mələk nərdivanın yarısından tullandı yerə. Yuxardan oğlanın özünə necə tərs — tərs heyif cıxacaq baxışlarla baxdığını görüb, iti sələdi, dostum. İt qaçıb gəldi, çatan kimi yenə tüllanaraq ayaqlarını qoyub palcıqladı üstünü. Mələk üstünə baxıb, birdən itin başından tutub burnundan öpdüyündə, oğlanın ürəyi bulandı. Tez üzünü turşudub kənara baxdı. Babası Mələyin xasiyyətinə bələd idi, nəvəsinin diksindiyini görüb qəh — qəhə cəkib güldü. Mələk itlə oynaya — oynaya getdi. Səlim — babasına: başdan xarab olduğu anlaşılır, babası gülərək gözlərini silib, — nəvəsinə: səhvin var gözəl nəvəm. Mələk cox gözəl ürəkli qızdır, həmdə mərd. Səlim anladı babası özünə işarə edirdi, yardım etmədiyiçün. Səlim — babasına: guya bilmirsəndə burdan niyə enmədiyimi. Nə var burda bilmirəm, yanımızada gəlməkdən imtina edirsən. Nəyinə lazımdır bu çətin işlər sənin? babası narazılıqla başını sirkələyib, — nəvəsinə: anlamırsan məni. Mən şəhərdə yaşaya bilmərəm. Mən buralarda böyüyüb boya — başa catdım. Sən de, mən bu gözəl təbiəti, bu gözəl havanı tərgiyib, şəhərin tüstü qoxan havasına gəlib yaşaya bilərəmmi? əsasda bu yaşda. Oğlan dərindən nəfəs alıb narazı baxışlarla baxdı babasına, heçnədə qoxmur şəhərdə, bəhanələr etmə. Tamam mən aşağı enirəm, səndə üstünü dəyişdir xəstələnmə. Oğlan qalxıb nərdivandan enərkən, babası zarafatla — nəvəsinə: qolundan tutumu. Aşağı xətasız enə biləcəksənmi? nəvəsinin altdan yuxarı baxdığını görüb gülümsədi, tamam zarafatdı. Oğlan yarıya qədər enmişdi, ayağı sürüşdü yıxıldı. Yuxarda babasının baxdığını görüb, tez ayağa qalxıb, əllərini belinə qoyub baxdı kənara. Babası — nəvəsinə: ürəyimə danmışdı enişində yüngül qəza olaçaqdı. Bu birinci deyil ki? yenə qəh — qəhə çəkib güldü. Səlim — babasına: coxda oyalanma orda, bilirsən itlərin məni tanımırlar, sevmirlər. Babasnın səsi eşidildi, rahat ol, sənin qorxduğun itim Mələk qızımla getdi. Səlim öz — özünə: cəhənnəmə getsin sənin Mələk qızın. Babası səsləndi, — Səlimə: birşeymi dedin? — babasına: deyirəm etibar yoxdur birdən gələr, cəld ol biraz. Babası yenə ürəkdən güldü, nəvəsinin qorxub ehtiyat etməsinə.
Mələk evə gəldi, anası — qızına: qızım tez get əynini dəyiş xəstələnərsən. Mələk — anasına: cox islanmadım ana, Murad dayının talvarına yetişdim. Atası gülümsəyərək, — qızına: ananda bayaqdan narahat idi. Mən dedimmi sənə? mənim qızım Murad dayısıyla oturmuş çoxdan talvarda. Anası qızına üzgün baxışlarla baxdı, Mələk anladı nədən elə baxdı deyə. Mələk — anasına: mən üstümü dəyişdirim, getdi otağına.
Mələk otağına gəlib oturdu yatağında, anasınında –atasınında, özünə görə üzgün olduqlarını yaxşı anayırdı. Qapı döyüldü, icəri qonşusu yaxın rəfiqəsi Gülsüm girdi, — Gülsümə: gəl canım. Gülsümdə gözəl ürəkli qız idi. Gəlib əyləşdi yanında, bilirdi rəfiqəsinin üzüntüsünü. Mələyin boynunu quçaqlayıb sakit dayandı. Mələk kimsənin üzülməsini istəmirdi özünə görə. Zarafatla — Gülsümə: canım qonşumun qızı, boğacaqsan məni. Birdən hiss etdi rəfiqəsinin ağladığını. Özündən azacıq kənara tutub, əlləri ilə üzündən tutub baxdı üzünə. Sən ağlayırsanmı? nə noldu, kim xətrinə dəydi? Gülsüm danışa bilmədi. Mələk təkrar soruşdu, Gülsüm nə oldu de mənə. Qız birdən əlləriylə üzünü tutub ağladı. Mələk tez qucaqlayıb sakitləşdirməyə çalışdı, ağlama gözəl bacım. İndi de mənə niyə ağlayırsan? nədir səbəbi? yenə atan olan o, sözünün ardını demədi. Gülsüm göz yaşlarını silib, — Mələyə: bu qədər sən çapaladın, haqsızlıq oldu. Mələk dərindən nəfəs alıb — Gülsümə: zatən haqsız dünyada yaşayırıq. Sən de mənə kim qırdı səni? Gülsüm biraz sakitləşib, — Mələyə: mən qəbul olmuşam unverstetə. Biraz qabaq öyrəndim, qəbul olduğumu. Mələk sevindi, — Gülsümə: ee, o zaman bu göz yaşların nədir bəs? təbrik edirəm gözəl bacım. Mələk Gülsümü qucaqlayıb, üzündən öpdü. Gülsüm boynunu qucaqlayıb, — Mələyə: mən səninlə getmək istəyirdim unverstetə. Mələk gülümsəyərək, — Gülsümə: qızım sevinsənə qəbul olmusan, sil göz yaşlarını ağlama. Məni düşünmə sən dərslərinə bax, tamammı? sənə görə çox sevindim. Bax dahada yaxşı oldu o, sözünün ardını deyə bilmədi. Anlaşılırdı qızın atası yaxşı birisi deyildi ailədə. Gedərsən oxuyub özünə iş taparsan, rahat yaşayarsan. Bəsdir az çəkmədin evdə dərt — qəm, bundan sonra gülmək — sevinmək vaxdı çatdı. Sən məni duydunmu? Gülsüm başıyla hə deyə işarə etdi. Gülsüm — Mələyə: sən yanıma gələçəksən elə deyilmi? gülümsəyərək — Gülsümə: əlbətddə gələcəm baçım. İndi isə mən əynimi dəyişim, gedək bunu qeyd edək anamın hazırladığı mürəbbəylə. Sevincələrini bölüşərək zarafatlaşdılar, təkrar bir — birini quçaqladılar.
Axşam olurdu, Səlimin babası çay süzüb qoydu nəvəsinin qarşısına. Oğlum nədir suratını asıb oturmusan? — babasına: itlərinin əlindən yerədə düşə bilmirəm. Sən hələ soruşursanmı məndən? kişi başnı narazılıqla sirkələyib güldü. Ay yaraşıqlı nəvəm, itə bir çörək at yaxınaş, qorxma olar sənə dəyməzlər. Səlim qaşının birsini qaldırıb — babasına: unutmadım itinin məni dişlədiyini. Babası yenə nəvəsinə baxıb güldü. Bax Mələk qızıma heç dəyirlərmi? qız olara üç gündə özünü sevdirdi. Səndən fərqli olaraq, yemək verə — verə yəni, yenə güldü nəvəsinə. Bu anda Mələyin səsi duyuldu, Murad dayı iki günə öyrəşdilər, üc günə deyil. Kişi duyduğunda səsini sevindi, baxdı talvardan aşağı. Səlimin üzünün ifadəsi dəyişdi Mələyin səsini duyduğunda, əsəbləşdi. Kişi — Mələyə: gəl qızım, Mələk əlində torbayla qalxdı yuxarı. Axşamın xeyir Murad dayı, sənə isti yeyəçək bir şeylər göndərdi anam. Kişi tez əlindən götürdü ki, qız rahat çıxa bilsin. Niyə zəhmət etmiş ay qızım, utandırırsız məni. Mələk talvara dırmanıb keçib əyləşmək istədiyində, yenə Səlimin ayaqlarını uzadıb oturduğunu görüb baxdı ona. Səlim öz — özünə: ya səbir, ayaqlarını yığıb oturdu. Mələk əyləşib — kişiyə: çantamı unutmuşam bayaq yağışdan qaçanda. Kişi gülümsəyərək, — Mələyə: burdadır qızım çantan. Mələk tez torbadan yemək qazanını çıxardıb qoydu ortaya. İsti çörəkdə çıxarıb qoydu, — kişiyə: isti — isti ye tapşırdı anam. Kişi təşəkkür edib qazanın qapağını açıb, oh ananın əlləri dərd görməsin qızım. Mən çox sevirəm ananın hazırladıqların. Hər zaman Rozanın çox dadlı yeməkləri olur. Dolmadan götürüb yedi iştahla, — Səlimə: ordan mənə boş qab ver oğlum. Səlim yaxındakı boş qabı götürüb uzatdı. Kişi götürüb əli ilə dolmalardan boş qaba qoyub, verdi nəvəsinə. Burda əllə yeyilir oğlum, belə daha dadlı olur. Qaşıq — çəngəl aşağıda qalıb, istəsən en götür. Səlim qabı götürüb, — babasına: əllə yeyərik, istəmirəm sənin yerdəki çənğəl — qaşığını. Səlim elə dediyində, Mələk ona tərs — tərs baxdı. Babası görüb, — Mələyə: qızım nəvəm itlərdən qorxub yerə enmir, yenə gülüdü qəh — qəhə çəkib. Az qala töletədə əlindən tutub aparası qədər, bərk qorxur sənin dörd ayaqlı dostundan. Səlim — babasına: səbəbi nədir görəsən baba? kişi dolmadan yeyərək, — Mələyə: kiçikliyində bir dəfə itim yüngül ayağının dadına baxmışdı, yenə güldü. Səlim — babasına: o, yüngül dediyin yerə neçə tikiş qoymuşdular? unutdun deyəsən. Mələk anladı, oğlanın niyə yardım etmədən burda yatmasını. Başını qaşıyıb gülümsəyib, baxdı kənara. kişi — Mələyə: qızım səndə ye, — kişiyə: mən evdə yedim Murad dayı, nuş olsun sizə. Mələk — kişiyə: Gülsüm qəbul olmuş unverstetə, kişi ağzındakı loxmasını udub baxdı bir anlıq. Mələk dərindən nəfəs alıb, — kişiyə: onun əvəzinə çox sevindim. Sanki özüm qəbul olmuş kimi hiss etdim. Yaramaz, səfeh, icki düşkünü atasından qıraq olması içimi rahatladı. Kişidə dərindən nəfəs alıb biraz düşünüb, — Mələyə: elə ata olunca, heç olmasa yaxşıdır qızım. Şərəfsizin birisidir yaramaz. Düz deyirsən, qız ondan uzaqda olsa daha yaxşıdır. Atasına görə yazıq qız necə utanırdı kənt içində. Səlim səssiz oların söhbətinə qulaq asırdı, buralara çox az gəldiyindən kimsəni tanımırdı. Mələk özlərinə baxdığını görüb, — Səlimə: ye qorxma zəhərli deyil. Səlim Mələyə əsəb olurdu hər dəfə özünə ilişdiyində, dolmadan götürüb əsəblə yedi. Kişi — Mələyə: qızım səndə bir gün qəbul olacaqsan inşallah. Sənin bu gözəl ürəyini Allahım görməzdən keçməz, itdə altdan yuxarı baxırdı. Mələk baxıb gülümsədi, — kişiyə: bacım qəbul oldu Murad dayı. Bu məni çox sevidirdi. İnan artıq mənim qəbul olub — olmamağım uğrumda deyil. Qalxıb endi nərdivanla aşağı, iti sığallayıb oxşadı. Altdan yuxarı baxıb — kişiyə: Murad dayı çantamı atarsanmı zəhmət olmasa? yenə unudub gedəcəm bu şirinə başım qarışıb. Babası yemək yeyir deyə, Səlim çantanı götürüb atmaq üçün baxdı aşağı. Mələyin yenə itin burnundan öpdüyünü görüb ürəyi bulandı, əlini ağzına tutub baxdı kənara. Kişi güldü nəvəsinin hərəkətinə, Mələk — Səlimə: at tutacam. Səlim Mələyə acığa çantanı biraz uzağa atdı, tuta bilmədi. Mələk Səlimə tərs — tərs baxıb, kişiyə sələndi. Murad dayı, nəvəniz itin qorxusundan çantanıda düz ata bilmədi. Çantanı götürüb təmizləyib, çiyninə keçirdi. Mələk — itə: dostum qaçaqmı? hələlik Murad dayı. Kişi — Mləyə: hələlik qızım ehtiyatla get, anana təşəkkürümü çatdır. Mələk — kişiyə: tamam deyərəm, itlə oynaya — oyna getdi. Səlim yerinə oturub — babasına: manyak itin burnundan öpdü. Babası — Səlimə: oğlum kənt uşaqlarının ümmuniteti, şəhər uşaqlarından güclü olur. Buna görə narahat olma sən, yenə güldü qəh — qəhə cəkib. Artıq Səlimin iştahıda qalmadı toxunmadı yeməyinə, baxdı başını narazılıqla sirkələyib.
Beləçə aylar ötdü, Gülsüm unverstətə qəbul olunub şəhərdə oxuyurdu. Mələklə telefonla danışırdı, of bacım çox darıxdım. Mən nə deyirəm duymursanmı? birdə unutdunmu söz verdiyini? demişdin yanıma gələcəksən. Bax sən gəlməsən mən gələcəm. Mələk istəmirdi Gülsüm atasının yanına qayıtsın və, içdiyini görüb üzülsün yazıq qız. Tamam bacım gələçəm söz, Gülsüm sevindi. Bax bu günlərdə gələcəksən, başqa söz duymaq istəmirəm. Mələk gülümsəyərək, — Gülsümə: tamam bacım söz gələcəm. Bir şərtim var, orda mən gəlirəm deyə dərslərindən oyalanmaq yoxdur sənə. Gülsüm elə sevinmişdi ki, — Mələyə: tamam rəyis danışdıq, yox dərslərdən yayınmaq. Mələklə sağollaşıb telefonu əlində tutub baxdı, nə isə fikirləşib, tez yerindən qalxıb getdi.
Mələkdə anasına demişdi Gülsümə getmək istədiyini. Anası gülümsüyərək — qızına: siz Gülsümlə birgə böyüdünüz qızım, oda mənə qızım kimi sayılır, get sevinər. Mələk — anasına: mən o zaman gedim Murad dayıylada salamatlaşım. Anası — qızına: get qızım dostunlada salamatlaş. Mələk anasının zarafatına gülümsəyib, getdi.
Mələk sahəyə Murad kişinin yanına gəldi, kişi görüb gülər üzlə qarşıladı. Gəl mənim gözəl qızım, nədir üzündəki bu sevincin səbəbi? bilmək olarmı. Mələk keçib əyləşdi otun üstə yerdən. Murad dayı bilirsən Gülsüm gedəni çox oldu, hec gəlmədi bura. Kişi dərindən nəfəs alıb — Mələyə: gəlibdə nə görəcək? əyyaş, tərbiyəsiz, atasınımı? düz edir gəlməsin. Mələk dərindən nəfəs alıb, — kişiyə: mən bir neçə günə gedirəm Murad dayı Gülsümə. Bilirsən darıxdıq çox, biri — birimizdən bu qədər ayrı qalmadıq. Kişi nə düşündüsə sevindi, — Mələyə: qızım hazır ora gedirsən. Mən sənə bir çanta hazırlasam, oğlum gilə catdırarsanmı? zəhmət olmaz sənə. Mələk — kişiyə: nə zəhməti Murad dayı? əlbətdə çatdıraram. Kişi razılıqla başını sirkələyib baxdı uzağa, fikirə daldı. Mələk kişini fikrindən ayıltmaq istəmədi, baxdı onun baxdığı tərəfə gülümsəyib.
Günlərdə beləcə gəldi keçdi, Mələk Gülsümə gəlmişdi paytaxt şəhərə. Gülsümün sevincinin həddi — hüdudu yox idi. Mələk zarafatla, — Gülsümə: canım baçım ləhçənidə dəyişmişsən. Gülsüm təkrar boynun qucaqlayıb, — Mələyə: canım bacım sənə elə gəldi dəyişməyib, necə varsa elədir. Mələk yol yorğunu idi, — Gülsümə: mən biraz yatacam. Gülsüm zarafatla, — Mələyə: yat bacım dincəl, sonra sənlə şəhərə gedəcəyik gəzməyə. Mələk elə bir gəzməyi sevən deyildi, Gülsümün xətrinə dəymədi, tamam çıxarıq. Sən qalan dərslərini həll et mən oyanınca. Gülsüm zarafatla — Mələyə: sən oyandıqda yardım etsənmi? cox güc olur mənə. Mələkdə zarafata, — Gülsümə: o zaman bacım sənə gəzmək yoxdur. Gülsüm tez cavab verdi balaca uşaq kimi, yox — yox özüm həll edərəm, sən get yat dinlən. Mələk üzündən öpüb, — Gülsümə: o zaman sənə zehin açıqlığı diləyirəm, özümədə şirin dev yuxusu, getdi. Gülsüm ardınca baxıb gülümsədi, elə sevinmidi ki Mələyin gəlişinə.
Axşam olmuşdu, Mələk Gülsümlə taxsidən enib baxdılar. Mələk — Gülsümə: ünvan burasıdırmı dəqiq? şofer aynadan baxıb — Mələyə: burasıdır xanım. Mələk çantanı götürüb — Gülsümə: gəl yəqin burasıdır baxaq, getdilər. Axtardıqları ev həyət evi idi, gəlib çatıb dayndılar, Mələk çantanı yerə qoyub ətrafa baxdı. Gülsüm qabağa keçib qapıdakı zəngi basdı bir necə dəfə. Mələk — Gülsümə: ürəyim sıxıldı nədənsə, ünvana səhvmi gəldik biz? — Mələyə: yol yorğunusan ondandır. Məndə birinci gəldiyimdə belə olurdum, az vaxtdan qapı açıldığında ikisidə qapıya baxdılar. Mələk biraz tərcübləndi, qapını açan adamı gördüyündə, qapını açan Səlim idi. Mələyi tanıdı, Səlimin üzünün ifadəsi dəyişdi. Mələk — Səlimə: baban sizə çantanı çatdırmağımı xayiş etdi. Səlim tərs — tərs baxıb, — Mələyə: zəhmət vermiş sənə. Gülsüm ortalıqda şaşqın baxışlarla baxırdı iksinədə. Gülsüm — Mələyə: siz tanışsınızmı? — Gülsümə: bu Murad dayının nəvəsidir, orda rastlaşmışdıq. Oğlanın hələdə tərs-tərs baxdını görüb, Gülsüm — Mələyə: heç xoş rastlaşdığınıza bənzəmir bəy əfəndinin baxışlarından. Mələk əsəbləşdi, — Səlimə: nə baxırsan orda durub üzümə? gəl çantanı təhvil al, yoxsa burdada küçə itlərindəndə qorxursanmı. Səlim istəmədi Gülsümün yanında Mələyi acılasın. Yaxınlaşıb ədayla baxıb — Mələyə: şəhər itləri mədəni olurlar, kənt itlərinə baxanda. Mələk əsəbləşsədə özünü sındırmadı, — Səlimə: kənt itləri sevmirlər qıraqdan gələn çaqalları. Səlim əsəblə çantanı götürdü, — Gülsümə: cox sağ ol xanım çantanı çatırdığıncün. Yanındakıda səndən qanacaq — mərəfət örgənsin deyərdim, sözünü demədən getdi qapını bağldı. Gülsüm baxa qalmışdı, nə olurdu bulara? yazıq şaşırmışdı. Mələk əsəblə ardınca — Səlimə: düz deyirsən, küçə itləri səndən mədənidirlər, eşşəyə bax sən. Gülsüm qolundan tutub, — Mələyə: amandı bacım gəl gedək burdan. Bu gərçəkdən Murad dayının nəvəsidirmi? ayy yazıq kişi duysa vallahidə inciyər. Mələklə addımlamağa başladılar. Mələk — Gülsümə: dedimmi sənə sıxılıram? gördün ürəyimə damıbmış bu tiplə rastlaşacağım. Gülsüm artıq söz soruşub Mələyi əsəbləşdirmək istəmədi, getdilər.
Mələyin anası evdə əri ilə söhbət edirdilər, baxsana qızım gedəni bir sutka olmadı, mən darıxmağa başladım. Əri gülümsəyib, –arvadına: mənim qızım birdənədir. Sən get hələ Murad dayısının itindən soruş, yəqin gözləyir qızımı, güldü. Anası üzünü turşudub, — ərinə: of deməsənə iti, qızımda tutub itin burnundan öpür fuu, əri güldü arvadının sözünə. Anası dərindən nəfəs alıb — ərinə: nə oldu kredit məsələsi? ərinin üzünün ifadəsi dəyişdi, hiss olundu ki işi düzəlməmişdi. Arvad anladı, tez ayağa qalxıb — ərinə: mən bir yeməyə baxım, getdi. Atasına çox xəcalət olurdu qızının işinə yardım edə bilməməsi. Yazıq öz — özünə: elə bil bütün yollarım bağlanıb, hara getsəm hər şey tərsə gedir. Qızının üzülməsini əsla istəmirdi, yazıq gözünü bir nöqtəyə zilləyib fikirə daldı.
Beləcə sabah açıldı, Gülsüm dərsinə getmişdi. Mələk oyanıb saata baxdı, mən yatıbmı qalmışam? üstündən yorğanı atıb qalxıb getdi əl — üzünü yumağa. Vanna otağından çıxıb gəlib özünə qəhvə hazırlayıb əyləşdi. Anasından zəng gədi, tez telefona cavab verdi alo ana, biraz qulaq asıb gülümsədi. Salam ana yaxşıyam, siz necəsiz? atam nə edir yaxşıdımı. Birazda qulaq asıb — anasına: ana dedim axı artıq lazım deyil, kredit filana girişməsin tapşır. Narahat olayın yaxşıdı hər şey, hə verdim catdırdım Murad dayının göndərdiyinidə. Xatılayıb bir anlıq özünü toparladı əsəbləşsədə. Tamam ana deyərəm salamını, sizdə özünüzə yaxşı baxın ödüm. Telefonu söndürüb öz- özünə: başına dəysin çanta onun nəvəsinin, əsəblə qəhvəsindən götürüb içdi. Qapı açıldı içəri başqa qız gəldi. Mələk düşündü, yəqin buda Gülsümlə qalan otaq yoldaşı qızdır. Mələk ayağa qalxdı, qız gülər üzlə gəlib görüşdü. Xoş gəldin bizim Gülsümün Mələk bacısı. Mələkdə qızla görüşüb, kefi olmasada gülümsəyib, — qıza: xoş günün olsun. Qız özünü təqdim etdi, mən Dəniz. Mələk zarafatla — qıza: desənə dalğalarında adamları batıran Dəniz sənsənmiş. Qız qəh-qəhə çəkib güldü zarafatına, — Mələyə: yox bacım hələki batan olmadı. Keçib əyləşdilər, — Mələyə: de şəhərimizi sevdinmi? Mələk ağzını açınça yenə güldü, — Mələyə: Gülsüm dedi dünən olanları. Sən elələrinə fikir vermə, böyük şəhərimizdə hamı qanacaqlı — mərəfətli deyil əlbətddə. Sənədə bacım + bonusuyla çox əsəbi birisi rastlaşmış. Qalxıb özünədə qəhvə süzüb, — Mələyə: səni bu gün bacın mənə əmanət etdi, yəni özü gəlincə. Mənimlə çıxıb kafedə səhər yeməyəmizi atışdıraq birazdan. Mələk nə isə demək istəyirdi qız imkan vermədi, etiraz istəmirəm. Mələk zarafatla — qıza: şəhərdə evlərdə səhər yeməyinə qadağanmı var? qızın baxdığını görüb, anladım mütləq getməliyik kafeyə. Qız eyni Murad dayısı kimi gülər üz idi. Mələk fikirləşdi, insanlar bəzən yad olsalarda, necə biri — birilərinə bənzəyirlər. Dəniz — Mələyə: gərçəkdəndə çox zaraftçılsan, səninlə adam darıxmaz, gülümsədi.
Gülsüm dərsdən az vaxlıq cıxıb zəng etdi Mələyə, alo bacım necəsən? biraz qulaq asıb gülümsədi. Anladım kafedəsiniz, lap yaxşı bacım sizə gözəl istirahətlər, mən qaçdım dərsə. Tamam rəyis diqqətlə qulaq asacam dərsimə, öpüş göndərib gülümsəyərək, qaçdı dərsə.
Mələklə Dəniz kafedə oturmuşdular, qız afisant — oğlana: biraz tez olun zəhmət olmasa, çox acmışam. Mələk sakit oturub baxırdı olara, oğlan baş üstə xanım getdi tələsik. Mələyin özünə baxdığını görüb gülümsəyərək, –Mələyə: aclığa hec hövsələm yoxdur. Mələk zarafatla — qıza: inşallah tez gətirərlər yeməyini, əks halda afisantın coşmuş dalğlarında batma şansı yüksəkdir. Dəniz elə ürəkdən güldü ki, zarafatına. Ayy sən nə gözəl ürəklisən, özün bunu bilirsənmi? gərçəkdən günüm çox gözəl başladı səninlə. Mələk əlini üzünə çəkib — Dənizə: pis olub kimisə qırmaqdansa, birdən yenə Səlimi xatırladı. Özündən asılı olmadı üzünün ifadəsi dəyişdi, İnsan olmağa üstünlük verirəm. Dənız çayını içərək altdan — altdan Mələyə baxıb gülümsədi. Mələk — Dənizə: səni çox sevdiyim bir doğma insana bənzədirəm. Murad dayıma çox bənzədirəm, eyni onun kimi gülmələrin var. Dəniz nədənsə bir təhər baxdı belə dediyində, — Mələyə: yaxınındırmı? Mələk gülümsədi. Həmdə neçə yaxınımdır, kiçiklikdən tanıdığım dünyanın ən gözəl ürəkli insanlarından biridir. Eyni sənin kimi gülüşü var, birdən yenə xatırladı Səlimi, o eşşək nəvəsi heç bənzəmir babasına. Elə bil dünyanı bu yaradıb, bəlkədə ürəyindəndə keçər, portiretini çəksinlər bu nun ayaq üstə ədalı duruşuyla. Dünyanı filan bu yaratmış kimi, ancaq orası elə deyil əlbətddə. Mən o portiretə belə ad verərdim, qarşınızda dünyanın eşşəklərinin ən böyüyü Səlim bəy. Dəniz gülərək ağzını tutub baxdırdı, Mələk elə əsəbləşmişdi. Dəniz gözlərini silib, — Mələyə: bəlkədə daxilən yaxşı birisidir. Məsələn özünə qapalı insanlar olur, o üzdən dedim. Mələk üzünü turşudub, — Dənizə: amandı getsin hara istəsə qapansın. Eşşəyi beş dəqiqə görüb, beynimin içinə azreyil kimi dikilib dünəndən. Dəniz gülərək — Mələyə: aşiq olarsan sonra, çoxda fikrində saxlama, güldü. Mələk — Dənizə: inan dünya dağılıb onunla tək qalsaq bu həyatda, söz gəlişi deyirəm. Allahdanda əmir gəlsə yuxarıdan, indi ikinizsiniz Adəmlə — Həvva bu dünyada. Vallahi inciməsin məndən sözümə görə. Mən onun toxumunu yenidən dünyaya səpdirmərəm. Dəniz Mələyin əsəbləşib dediiyi sözə elə güldü ki, qıraqda otuanlarda baxdılar. Aman Allahım, bu məzəli sözlər səndə hardandır? Vallahi komediyaya baxanda mən bu qədər gülməmişdim. Afisant yeməkləri gətirib masaya düzdü. Başqa əmriniz xanımlar? Mələk — afisanta: zəhmət deyilsə mənə şəkərsiz qəhvə gətirsəniz, — Mələyə: baş üstə xanım, tez getdi. Dəniz çəngəli götürüb — Mələyə: çox icmə acı qəhvəni ziyandır. Mələk dərindən nəfəs alıb, — Dənizə: bu dünyada xeyirli nə var ki? məncədə heç bir şey. Dəniz anlayırdı, Mələk unverstetə qəbul ola bilmədiiyinə görə üzgün idi. Dəniz — Mələyə: səninlə yeməyimizi yeyək, sonra mənimlə bir yerə gələcəksən. Mələk xətrinə dəymədi, tamam gələrəm. Dəniz yeməkdən yeyib gülümsəyərək — Mələyə: hadi o zaman yeməyini ye, nuş olsun. Mələk çəngəli götürüb iştahsız bir tikə yemişdi, ağzı yandı. Zorla udqunub — Dənizə: səhər — səhər stiot nə idi, səhvmi gətirmişlər? of yandım, su icdi. Dəniz yenə gülməyə başladı, bağışla mən yandıranı sevirəm, yemək qablarını dəyişdi. Mələk sudan icib baxdı təçüblə. Dəniz gülürdü Mələyin özünə elə baxmasına.
Gülsüm dərsindən çıxıb evə gəldi, Mələk yorulmuşdu Dənizlə gəzmkdən. Mələk –Gülsümə: ev yoldaşındımı Dəniz? Gülsüm başını qaşıyıb baxdı. Yox deyil, Dəniz unvertetdən rəfiqəmdir. Ara — sıra gələndi mənə, yaxşı qıza bənzəyir. Mələyin özünə baxdığını görüb — Mələyə: yəni məndə bura gələni çox olmadı bilirsən. Şəhəri və adamları çoxda yaxından tanımıram, yəni pis qıza bənzəmir, o üzdən dedim. Mələk artıq söz demədi, Gülsüm gedib iki fincan çay gətirib əyləşdi. Gülsüm — Mələyə: Dəniz səni hara aparmışdı? Mələk çayını götürüb, bilmirəm hara idi. Maşınıyla apardı gül mağazasına, dedi bu mağazaya satıcı lazımdır. Təklif etdi mənə, dedi yaxşıda maaş verilirmiş istəsən qal calış. Gülsüm elə sevindi ki, çayını qoyub Mələyi qucaqladı, ayy nə gözəl oldu. Nə olar bacım burda qal çalış, nə olar getmə yalvarıram. Mələk çayı dağılmasın deyə, tez çayını masaya qoyub — Gülsümə: qızım yavaşş, az qala yanacaqdıq. Dur hələ mən razı olmadım, Gülsüm incik baxışlarla baxdı. Baxma mənə elə anla məni düzgün, elə mağazada o qədər maaş nədən verillər ki? təcüblüdür mənə. Gülsüm çiyinlərini cəkib, — Mələyə: yəqin adlı — sanlı mağazadır, sifarişi çox olan. Mələk istəmirdi atasına yük olsun evdə, oxumağına görə yazıq fikirləşirdi çox. Düzü bilmirəm heç fikirlərim qarışdı, qalıb bəlkədə bir neçə ay işləyib denəmək olar. Gülsüm sevinib təkrar qucaqlayıb — Mələyə: bax düz olanı seçdin bacım. Burda qal iş xoşuna gəlməsə çıxarsan, zor deyil ki? Mələk nədənsə narahat idi. Gülsümün saçını sığallayıb baxdı düşündü, tamam bacım atamada kömək olar, yazıq oldu mənə görə. Xoşum gəlməsə gedəcəm, danışdıqmı? Gülsüm uşaq kimi sevinərək, başıyla hə dedi. Mələk — Gülsümə: o zaman çayımızı tez içək dağılıb heyif olunca. Gülsüm zarafatını anladı, — Mələyə: mən yenisini süzərəm gözəl bacımmmaaa. Mələk ağzını büzüb — Gülsümə: bəzən çox yaltaq olursan baçım, bilirsənmi bunu? çayını içdi. Gülsüm Mələyi bacısı kimi çox istəyirdi, baxdı gülümsəyib.
O bir günün səhəri bazar günü idi, qapının döyülən səsinə Gülsüm getdi baxsın kimdir gələn. Mələk oturub Gülsümün dərslərinə baxırdı. Az vaxtdan Gülsüm Dənizlə qayıtdı. Mələk ayağa qalxıb qızla görüşdü, xoş gəldin Dəniz xanım. Dənizdə zarafatla — Mələyə: xoş günün olsun Mələklərin komedyalı mələyi. Mələk Dənizin zarafatına gülümsəyib, — Gülsümə: bacım sənin ləqəbin yoxdur incimə. Buyur əyləş, Dəniz kecib əyləşidi, masadakı dəftər — kitablara baxıb zarafatla, — Gülsümə: məndə keçdim bulardan. Gülsüm ofuldayıb, — Dənizə: off Vallahi beynim yorulur çox çətindir. Mələk — Gülsümə: ofuldamaq yoxdur bacım, ən azı 5 il beynində ancaq dərslərin olacaq. Gülsüm zarafatla — Mələyə: baş üstə rəyis, o zaman mən qəhvələr süzüm. Dəniz atıq anlamışdı, Mələk Gülsümə bacı kimi idi. Dəniz — Mələyə: bu gün bazardır, sabahdan mağazada çalışaçaq adam lazımdır. Məndən də cavab gözləyirlər, gəldim fikrini bilim. Gülsümdə gəldi qəhvələri qoyub, — Dənizə: bacım razıdır sabahdan işə çıxacaq. Mələk Gülsümə baxdı ki, özü söz demədən cavab verdiyinə görə. Dəniz sevindi, — Mələyə: bilirdim düzgün qərar verəcəyinə. Mələk nə isə demək istəyirdi, yenə Gülsüm cavab verdi, bacım mənim kimi deyil. Mən bəzən qərarlarımda qorxağam, ama bacım əsla yox, çox mərtdir. Mələk biraz baxdı, — Dənizə: tamam sabahdan işə çıxacam, ancaq bir sualım var işlə əlaqəli. Dəniz Gülsümə təşəkkür etdi, qəhvəsini götürüb içərək gözlədi nə deyəcəyini. Mələk dərindən nfəs alıb, — Dənizə: niyə maaş çoxdur? Dəniz təcüblənmədi suala. Gülsüm yenə baxdı bacısına təcüblə. Dəniz qəhvə fincanını masaya qoyub, — Mələyə: o mağazaya varlı insanlardan sifarişlır gəlir. O üzdən mağaza ad — sanıyla tanındığına görə, gəliridə çoxdur. Birdə bunu deyim, sifariş olunmuş buketləri gözəl hazırlayıb, ünvanlara göndərmən gərəkəcək. Gülsüm — Mələyə: bax dedimmi sənə axşamda, adlı — sanlı tanınmış bir mağazadır ki, maaşıda yüksəkdir. Mələyin nədənsə içində başqa narahatçılıq vardı, öz — özünə: nədənsə içimdə bu işə görə başqa sıxıntı var. Dəniz — Mələyə: bilirəm sənin içində olan sıxıntını, qoxursan təsadüfən gül mağazasına Murad dayının nəvəsi gələr, qəh — qəhə çəkib güldü. Mələk Dənizə elə baxdı ki, — Mələyə: bağışla canım xatırladıb kefini qaçırmaq istəməzdim. Gülsümdə kənara baxıb gülümsədi. Mələk əsəbləşdi, — Dənizə: o heyvan eşşək başıyla kiməsə gül almağamı gələr deyirsən? Vallahi həmən günü dünya fani olar. Yox — yox dünya fani olmaz, güllər önçədən hiss edib solarlar. Yazıq onun bəxdinə düşəcək qıza, özünən razı mərəfətsiz zibil. Dəniz yenə güldü, — Mələyə: bax canım həyat belədir. Harda istəmədiyin — xoşlamadığın birisi varsa, fırrayıb üzləşdirər təkrar səni onunla, onuda səninlə. Sınanmış atalar məsləhətidir deyim bil, həmdə tez — tez üzləşdirər. Yəni deyirəm hazırıqlı ol, yenə güldü ürəkdən. Mələk artıq söz demədi, kənara baxıb öz — özünə: inşallah Allahım birdə rastlaşdırmaz o eşşəklə məni. Gülsümdə qəhvəsini götürüb, Dənizə baxıb gülümsədi. Mələk olara baxdı, ikisidə ciddi durdular ki, əsəbləşməsin özdərinədə. Ancaq yenə altdan — altdan gülümsədilər. Mələk görüb kənara baxıb öz — özünə: düşdükdə dillərə.
Beləçə Mələk gül mağazasında çalışmağa başlamışdı. Yanında başqa bir oğlanda çalışırdı, o sifariş olunan gülləri ünvanlara çatdırmaqla məşğul olurdu. Xoş xasiyyətli oğlandı, əlindəki gül buketini göstərib — Mələyə: hazırdır sifarişimiz. Bunu mən birazdan ünvanına çatdıraçam. Sən qalan 2 gül buketini hazırla mən gəlincə, — oğlana: narahat olma mən həll edəcəm. Oğlan gülümsəyərək, — Mələyə: bağışla gəlidiyindən imkan olmadı deyim, adım Uğurdur. Mələk — oğlana: desənə mağazanın Uğuru sənsənmiş. Uğur gülümsəyib, — Mələyə: sizdə artıq mağazamızın Mələyi sayılırsıznız. Mələk — oğlana: Uğur artıq birlikdə çalışacağıq, sizlə danışmayaq. Uğur gülümsəyib, — Mələyə: sən necə istərsən elədə olsun Mələk xanım. Mələk — Uğura: xanımıda götürək, mənim sənə bəy deyəcəyimi hec gözləmə. Uğur gülümsəyərək, — Mələyə: tamam Mələk, o zaman mən getdim. Mələk — Uğura: uğurlar sənə, zarafatını anladı, təşəkkür edib getdi. Mələk gülləri götürüb baxdı, Uğur başa salmışdı necə hazırlamaq lazımdır deyə. Buketi hazırlamaqçün gülləri masaya qoydu.
Beləçə bir ay ötdü keçdi, Mələk işinə alışmışdı artıq. İşdə də, əl qabilyətindən razı idilər. Çox ehtiyatla və səliqəli çlışıb sifarişləri hazırlayırdı. Günorta yanına Gülsümdə gəldi, güllərin qoxusu adamı bihuş edir bacım. Mələk əlində hazırladığı buketi qaldırıb baxdı, — Gülsümə: hə orası elədir bacım. Ançaq mən bu gözəl güllərin qoparılmalarının əleyhinəyəm, bilirsəndə. Gülsüm gəlib yanında dayanıb baxdı buketə, nə gözəl hazırlamısan bravo sənə. Mələk — Gülsümə: Uğur öyrətdi mənə, sağ olsun. O arada Uğur gəldi, artıq Gülsümüdə tanıyıdı, gəlib salamlaşıb keçib əyləşdi. Mələk — Uğura: yoruldunmu dostum? Uğur artıq Mələyin zarafatlarına öyrəşmişdi. Uğur — Mələyə: səndən öncə çalışan bir xanım vardı. Onunla çalışanda daha çox yorulurdum, əlinin yöndəmi heç yox idi buketi hazırlamağa. Gərçəkdən sən məni yorulmağa qoymursan dostum. Gülsüm Mələyi qucaqlayıb, — Uğura: mənim bacım birdənədir. Uğur zarafatla — Gülsümə: səndə bir dənə olub bizə qəhvə hazırlasanmı? Gülsüm — Uğura: aaa, qonağa dedyi sözə bax sən. Beləmi qonaq pərvərsən Uğur bəy? Mələk gülümsəyib, — Uğura: dostum adın hər addımında uğur gətirmirmiş. Qalx özün hazırla, Gülsüm üzündən öpüb –Mələyə: zarafatdı bacım. Dostunun bəxdi gətirdi sən varsan, indi sənə hazırlayanda onada hazırlayaram. Uğur Gülsümün sözünə baxıb gülümsədi, — Mələyə: axşama böyük sifarişimiz var. Bugün bütün gücümüzlə çalışmalıyıq, qəhvəmizi içək başlayarıq. Gülsüm qəhvələri hazırlayıb gətirib, birinci Mələyin qəhvəsin qoydu masaya. Sonra Uğurun qəhvəsini verdi, — Uğura: öncə xanımlaradır bilirsən. Uğur qəhvəni götürüb təşəkkür etdi, zarafatla — Mələyə: bacınıda işəmi alsaq? Mələk dönüb baxdı Uğura. Uğur gülümsəyib, — Mələyə: deyirəm qəhvələrimizi hazırlayardı. Gülsüm keçib əyləşdi, — Uğura: qəhvə hazırladığıma peşman etmə məni, zarafatlaşdılar. Mələk yorğun idi, — Uğura: bacım oxuyub bitirdikdən sonra unverstetini çalışaçaq, inçallah öz işi üzərə. Sifarişi sənmi çatdıraçaqsan? Uğurda yorğun görsənirdi. Of cox şükür sifarişi özləri alacaqlar, səhərdən ayaqlarımı hiss etmirəm ora — bura qaçmaqdan. Dəniz gəldi salam hər kəsə, salamını aldılar görüşdülər. Dəniz — Mələyə: Mələk maaşını köçürdüm kartına. Mələk birdən təcüblə baxdı, Dəniz gülümsəyərək, — Mələyə: buranın sahibiylə yaxınıq demişdim. O buralarda olmayanda, məndən xayiş edir işçilərə nəzarət etməyimi və maaş məsələsinidə. Hə birdə mən deməyə unutdum sənə, bizim işçilərimizlə belə bir anlaşmamız var. Biz karta 4 ayın maaşını bir yerdə köçürürük, sənində 4 aylıq maaşın keçdi kartına. Mələk — Dənizə: 4 ayınmı? mən hələ bir ay çalışdım, Dəniz gülümsəyərək, — Mələyə: mən müdürün qanununu poza bilmərəm. Nə deyilibsə məndə onu etdim canım, mənə elə baxma. Mələk Gülsümə baxdı, Gülsüm çiyinlərini cəkib beləymiş qanun deyə işarə etdi. Uğur əlindəki qəhvəsini içərək, altdan –altdan baxdı Dənizə. Dəniz yaxınlaşıb — Mələyə: gərçəkdən gözəl əl qabilyyətin var, bravo. Mələk buketi ehtiyatla vazaya qoyub, — Dənizə: bir daha təşəkkürlər sənə Dənizlərin fırtınası. Birdə çox sağolsun dosum Uğur öyrətdi hazırlamağı. Uğur qəhvəsini bitirib — Mələyə: təşəkkür mən sənə etməliyəm dostum, öyrətdiyimi tez qavradığınçün. Vallahi yöndəmi olmayana öyrətməklə deyil. Dəniz xanım sizədə təşəkkür Mələyi gətirdiniz. Vallahi o bir işçi xanımla çox yorulurdum. Dəniz gülümsəyərək, — olara: hər ikinizə görə şadam, təşəkkürə ehtiyac yoxdur. Gülsüm biz gedək mane olmayaq çalışsınlar. Gülsüm qalxıb Mələyin üzünədən öpüb, sizə Uğurlar. Mələk zarafatla — Gülsümə: zatən Uğur dostum yanımdadır, əksinə sizə uğurlar. Dəniz zarafatına gülümsədi, əl sallayıb getdilər Gülsümlə. Mələk — Uğura: sən çox yorğunsan dostum, dincəl mən həll edərəm. Uğur mərəfətli oğlandı, — Mələyə: olurmu elə şey? İkimiz birlikdə daha tez həll edəçəyik, ayağa qalxdı.
Dəniz Gülsümlə gəlib əyləşdilər kafedə. Dəniz- Gülsümə: bacından qurtulmaq bir o qədərdə rahat deyilmiş, güldü. Gülsüm narahat oldu, — Dənizə: amandı sonrasını heç düşünmək belə istəmirəm. İnan bilsə məndən küsər, heç istəmərəm onu incidim. Ancaq onun burda qalmasını çox istıyirəm. Mən atamdan çox cəkdim, hər zaman yanımda bacım və ailəsi oldular. Mənimçün çox dəyirlidir anlayırsanmı? çox narahatam. Dənüz gülümsəyib, — Gülsümə: bilməz narahat olma sən, elə edərik heç şüphələnməzdə. Gülsüm belə desədə narahat idi, — Dənizə: inşallah, əks halda bacımı itirmiş sayılaram. Dəniz yenə ürəkdən gülüb, — Gülsümə: bacının əsəbləşməyi mənə ayrı ləzzət verir. Gülsüm — Dənizə: ama səndə incimə sözümə ğörə. Adam elə mərəfətsizlik edərmi? babasından gətirdiyi çatntanı kobutca qəbul etdi. Dəniz gülərək, — Gülsümə: o elədir nə edək. İnsanlar eyni xasiyyətdə olmurlar, gəl kefimizi qaçırmayaq birşeylər sifariş edək. Menyünü götürüb baxdı, Gülsüm bir anlıq fikirə daldı. Dəniz baxıb başını narazılıqla sirkələyib gülümsədi.
Axşam olurdu, Mələklə Uğur sifarişi hazırlamışdılar, Mələk üzü başqa tərəfə əlində güllə nə isə iş görürdü. Kimsə gəldi salam verdi, Uğur salamı alıb qarşıladı, o arada Mələyin əlinə gülün tikanı batdı. Əlini ağzına tutub dönüb baxdığında, üzünün ifadəsi dəyişdi, gələn Səlim idi. Səlimdə Mələyi görüb Uğura baxdı tərs — tərs və, şaşqın. Mələk –Uğura: dostum bircə demə hazırladığımız sifariş bunadır. Uğur xayiş edici baxışlarla baxdı Səlimə. Səlim yaxınlaşıb — Mələyə: bircə səndə demə burda çalışırsan başımın bəlası. Mələk əsəbləşdi, — Səlimə: eyy bura bax, sözlərinə diqqət et. Dünyada tək bir baş bəlası varsada, oda sənsən. Tez Uğur yaxınlaşıb, ikisinin arasına girib Səlimi biraz dala çəkdi. Uğur dönüb — Mələyə: Səlim bəy bizim tanışımızdır, sifarişçi deyil. Xayiş edirəm davalaşmayın. Mələk şüphəli baxışlarla baxıb qolundan tutdu Uğurun. Sən hardan bildin biz bu heyvanla davalaşdığımıızı? Səlim əsəbləşdi, Uğuru kənara itələdi. Yaxınlaşıb dişlərini bir — birinə sıxıb, — Mələyə: mənə bax mərəfətdən bi kənar, sözlərinə diqqət etdə, yoxsa əlimdə qalarsan. Mələk necə əsəbləşdisə, — Səlimə: sənin əlində özünə oxşar qorxaqlar qalar, anladınmı? bir itdən qorxub toletə babanla gedirdin. İndi qarşıma keçib özündən böyük hədə ilə danışma mənimlə. Uğurun gülməyi tutsada, tez özünü ələ aldı. Tez yaxınlaşıb qolundan tutub, –Səlimə: Allah xətrinə sus heçnə demə. Səlim qolundan tutmuş əlinə baxdı. Birdən Uğura neçə yumuruq vurdusa, yazıq gül vazalarının üstünə aşdı. Mələk tez gedib yardım edib qaldırdı ayağa, — Uğura: yaxşısanmi? Uğur əsəblə Səlimə baxıb burnunun qanını sildi. Mələk elə əsəb oldu ki, Uğuru vurduğuna. Ətrafa baxıb nə fikirləşdisə, birdən gül vazasını götürüb Səlimin başından vurdu. Səlim dəyən zərbədən yerə yıxıldı, özündən keçindi. Uğur tez Səlimin yanında dizi üstə cöküb, üzünü şillələdi. Səlim, Səlim, duyursanmı məni? of dostum nə etdin sən. Mələk heç yardım etmədən baxırdı. Uğur bağırdı, başı qanayır bir şey ver. Səlim, Səlim, aç gözlərini. Səlim eşidirsənmi məni? hay verməyincə qorxdu. Tez cibindən telefonu çıxarıb təçili yardıma zəng etdi, ünvanı deyib bağırdı tələsin. Qalxıb asılı əl dəsmalını götürüb Səlimin başına tutdu ki, qan çox axmasın. Of Allah dinc durmağı bir örgənsən, Səlim aç gözlərini. Səlimin başından vaza elə tutmuşdu ki, Uğur səsləsədə duymurdu. Mələk nifrət dolu baxışlarla baxırdı.
Dənizlə Gülsümdə kafedən çıxıb maşına çatmışdılar, Dənizə zəng gəldi Uğurdan, tez açdı alo Uğur. Biraz qulaq asıb həyəcanlandı, nəə? sən nə danışırsan? hardasız indi? tamam gəlirəm. Dəniz — Gülsümə: heç yaxşı şeylər olmur, Gülsüm anlamadı. Dəniz qaçıb sükan arxasına əyləşib, — Gülsümə: sən Mələyə get tələs, tez qaza basdı getdi. Gülsüm anlamadı nə olduğunu, öz — özünə: nələr olur? həyəcanlandı. Tez taxsiyə əl edib saxlatdı, əyləşib getdi.
Səlimi xəstəxanay gətirmişdilər. Uğur qapının yanında dayanmışdı, üstünə Səlimin qanı bulaşmışdı. Qaçaraq Dəniz gəldi, Uğurun üstünü qanlı görüb həyəcanlandı. Səlim deyib qapıya baxdı, az qala özündən gedəcəkdi. Uğur tez tutub saxladı qucağında. Dəniz eşidirsənmi? yaxşıdı qorxma, üzünə şillə vurub bağırdı, yardım edin. Yaxından tibb bacları qaçıb gəldilər, baxıb — Uğura: bura palataya gətir. Uğur qucağına alıb Dənizi, tələsərək tibb bacısının ardınca apardı otağa.
Axşam olmuşdu. Səlimi həkimlər yardım edib özünə gətirə bilsələrdə, başından ciddi aldığı zərbədən başını tərpədib qalxa bilmirdi. Dəniz gözləri yaşlı oturmuşdu Səlimin yanında əlini tutub, Səlim dinmirdi. Dəniz çox üzgün idi olanlardan. Başını Səlimin sinəsinə qoyub ağladı hönkürüb. Səlim heyif alacaq baxışlarla baxdı.
Uğur xəstəxananın həyətində Mələyə məcbur gərçəkləri dediyində, Mələk qulaqlarına inanmadı baxdı Gülsümə. Gülsümdə ağlayırdı, Mələk –Gülsümə: səni vura bilmirəm, əlim qalxmaz bilirsən. Ancaq bundan sonra sən adlı bacım yoxdur. Gülsüm nə isə demək istəyirdi, Mələk barmağıyla işarə etdi ki, sussun. Demək Dəniz o tipin bacısıdır eləmi? Allah cəzanızı verməsin. Gülsüm ağlayaraq — Mələyə: qardaşının etdiyinin əvəzinə yaxşılıq etmək istədi qız. Mələk əsəblə bağırdı — Gülsümə: əksik qalaydı, eşidirsənmi? əksik qalaydı sizin yaxşılığınızda, mərəfətinizdə. Mələk baxdı, — Uğura: inandım sənə dost dedim. Oların xalan oğlu — qızı olduqlarını gizlətdin məndən. Bilirsənmi nə var? adın kimi uğurlu biri deyilsənmiş səndə. Allah hamınızın cəzasını versin deyərdim, bundan artıq cəzanız nə olar ki başqa? gözümə görsənməyin. Gülsüm Mələk elə deyib gedərkən, üzünü tutub ağladı. Uğur Gülsümü sakitləşdirməkçün, tamam ağlama günah bizdə oldu. Gülsüm uşaq kimi əllərini üzünə tutub ağladı. Mən nə etdim aman Allahım, bacımın xasiyyətini bilərək necə belə səhvə yol verdim. Allah mənim cəzamı versin, hönkürüb ağladı. Uğurda üzülmüşdü olanlara, ax Səlim axxx.
Mələk qapını döymədən gəldi Səlimin yatdığı palataya. Səlim gözlərini açıb baxdı, Mələyi görüb əsəbləşdi. İstədi qalxsın başı ağrıdı bacarmadı, ofuldayıb başını qoydu yastığa. Dəniz heç Mələk gələndə baxmadı, gözləri yaşlı qardaşının əlindən tutub oturmuşdu. Mələk baxdı, — Dənizə: səndən gözləməzdim belə iş, ayıb olsun hamınıza. Məni bir olub barmağınıza doladınız son bir ayda. Sizinlə çörək kəsdim inandım siz nə, sözünün ardını demədi. Dəniz qardaşının əlinə alnını tutub ağladı. Mələk –Dənizə: bilirsən babana hansı cəhətdən bənzəyirsən? sadəcə ona gülüşün bənzəyir. Hec biriniz qalan cəhətlərinizdən babanıza əsla oxşamırsız. Hələ bu, Səlimə baxdı əsəblə. Sənə dedimmi özündən böyük danışma? heç düşünmə səndən üzür istəməyə gəldim. Gəldim deyəm ki, Allah axtardığın cəzanı verdi, indi rahat — rahat yat burda. Bəlkə axlın başına gələr əllə — qolla danışmasan, mərəfətsiz eşşək. Son dəfə Dənizədə əsəblə baxıb, çıxdı getdi. Əsəbindən qapını bərk vurduğunda, Səlimin başı sancdı ofuldadı. Səlimin əsəbi baxışlarından anlaşılırdı Mələyi yaxşı şeylər gözdəmirdi.
Mələk evə gəldi. Gülsüm sakit oturmuşdu gözləri yaşlı. Mələk baxmadan paltarını çantasına götürüb yığmağa başladığıda, Gülsün başını qoluna qoyub hönkürüb ağladı. Mələk o qədər əsəbi idi hec baxmadıda çevrilib, ancaq Gülsümün ağlaması ürəyinə toxunurdu. Buna görədə paltarını necə gəldi basıb yığırdı çantaya. Çantasını bağlayıb əlini cibinə atdı, nə isə axtardı tapmadı. İki əlləri ilə ciblərini axtarmağa başladı, bir anlıq gözlərini yumub dayandı. Yavaş səslə öz — özünə: aman Allahım nə olar axlımdakı olmasın. Mələk kartını hardasa salmışdı, çantasının yanında oturdu, baxdı əsəbi baxışlarla. Dəniz əlavə 3 ayında pulunu köçürmüşdü kartına. Fikrində vardı pulu qaytarsın geri, əsəblə baxdı Gülsümə.Qalxıb çantasını götürüb çıxdı getdi. Gülsüm gözləri yaşlı baxa qaldı, qorxusundan hara gedirsəndə deyib soruşa bilmədi.
Dəniz qardaşına oturmağa yardım etdi, başında çox pis ağrı vardı. Dəniz yaşlı gözləri ilə baxdı. Qardaşı — Dənizə: məndən gizlin o, sözünün ardını demədi zor tutdu özünü. Bax de, sən niyə məndən gizlin iş görürsən? düşündün o kənt mərəfətsizi anlayacaq, sağol deyəçək? bax dedi sağol. Başımı yardı it qızı, mən bunun heyifini onda qoyarammı? əsla. Dəniz bilirdi qardaşının xasiyyətini. Dahada həyəcanlandı belə dediyində, — qardaşına: mənə babam tapşırdı belə etməyimi. Səlim əsəbləşdi, onunlada danışacam mən, halıma bax düşdüyüm bir it səbəb olub. Dəniz artıq söz demədi kənara baxdı. Səlim gözlərini yumub dayandı səssiz, çox əsəbi idi Mələyə.
Mələk gecəni dışarda gecələmişdi, yorğun — üzgün səhər gül mağazasına gəldi. Uğur buket hazırlayırdı üzgün -fikirli, birdən Mələyi görüb baxdı. Mələk gəldi salam vermədən — Uğura: dünən kartımı itirmişəm, burda deyil ki? əsəblə dedi sözü. Uğur masanın üstünə işarə etdi. Mələk baxdı masaya, kartını görüb biraz rahatlaşdı. Kartda qaytaracaq borç pulu vardı. Kartı götürüb çıxmaq istəyirdi, — Mələyə: dostum bağışla. Mələk dayandı dönmədi. Gülsüm gecə narahat olmuş, qız aradı səni soruşdu, sən harda qalmısan? burda tanışın yoxdu dedi. Mələk Uğuru acılamamaqçün özünü zor tutdu. Dönüb — Uğura: bunu Gülsümdə, səndə, məni aldadınca öncə düşünməliydiniz harda ola biləcəyimi. Dışarda səhərimi açdım, sevinmədinizmi? — Mələyə: bax Mələk bilirəm haqlısan sözlərində. Ancaq mən nə edə bilərdim ki? Dəniz dediyində aramızda qalacaq məcbur susdum. Bax and olsun Allahıma, dedim bunun sonu yaxşı bitməyəcək. Dostum yorğunsan, belə bizə incik getmə xayiş edirəm gəl danışaq. Mələk — Uğura: mənim Dənizə kartdan pul çəkib verməyim lazımdır gedincə. Bacarsan yardım et son dəfə, çatdır əvəzimdən pulu ona. Mən birazdan bankomatdan pulu çıxarıb gətirərəm sənə. Uğur –Mələyə: tamam çatdıraram. Mələk çantasını qapının yanında qoyub, –Uğura: o zaman çantamı burda qoyuram az vaxtda qayıdacam, getdi. Uğur dərindən nəfəs alıb baxdı, öz –özünə: ax Dəniz axx. Mən demədimmi sənə yaxşı olmayacaq bunun sonu. Gedib kefsiz buket hazırlamaqla məşğul oldu.
Geçə bacısı Səlimlə xəstəxanada qalmışdılar. Həkim- Səlimə: ən azı 1 həfdə yataq rejimində qalmanız gərəkir Səlim bəy. Dəniz xanıma yazıdğım ilacların kağızını verdim, mütləq alıb işlədin. Səlim həkimə təşəkkür edib çıxdı otaqdan. Dənizdə dayanmışdı qapıda, Uğurla telefonla danışırdı. Qardaşını görüb, — Uğura: mən səni daha sonra arayaçam, telefonu söndürüb gəldi. Qardaşının qolundan tutub yardım etdi, xəstəxanadan getməkçün. Səlim — Dənizə: bilirəm plan qurduğun xalan oğlu ilə danışırdın, hardadı o pislik? Mələyi qəst etdi. Dəniz istəmirdi qardaşına desin, — Dənizə: bu dəfədə mənə yalan deməyə hünər etmə, hardadır soruşdum. Dəniz çarəsiz — qardaşına: Uğura gələcək birazdan. Mən ona 4 ayın pulunu köçürmüşüdüm qalıb çalışsın deyə. Kartdan pul çəkməyə getmiş mənə qaytarmaqçün. Səlim getdiyi yerdən dayanıb bacısına baxdı əsəblə belə dediyində. Dəniz qardaşının üzünə baxmaqdan çəkindi. Səlimin başı ağrıyırdı, mən ona pul edəcəm dayansın. Yavaş addımlarla çıxdılar xəstəxanadan. Dəniz maşının qapısını açıb yardım etdi qardaşı əyləşsin. Qapını örtüb tez sükan arxasına keçib əyləşdiyində, — bacısına: doğru mağazaya sür. Bacısı getmək istəməsədə, qardaşının xasiyyətini bildiyindən, başqa söz demədi. Üzgün maşını işə salıb qaza basdı, getdilər.
Mələk gəlib bankomatın yaxınında dayanmışdı. Tərslikdən qarşıda dayanan bir nəfər qadın çox ləngiyirdi. Mələk tələsirdi ki, tez pulu çəksin qayıtsın Uğura gətirib versin. Qadın çantasını qurdalayaraq, başqa kart götürüb yoxlayırdı bankomatda. Mələk dərindən nəfəs alıb, bir anlıq özünü ələ almağa çalışdı. Bu son olanlar tamam əsəbini xarablaşmışdı yazıq qızın. Axır ki qadın çəkildi bankomatın önünüdən. Mələk yaxınlaşıb kartında olan borc pulu çıxarıb çibinə qoyub, tələsik getdi. Yazıq gecə səhərə qədər yatmadığından yuxusuz və yorğun idi. Baçardıqça tez — tez addımlayırdı, sanki borc puluda üstündə ağır bir yük idi. Tələsirdi ki yetişsin borcunu versin dönsün evinə, kəndinə.
Gülsüm gözləri yaşlı tənəffüsdə bir kənarda daynmışdı. Dənizlə danışırdı telefonda, yox axşam çıxdı getdi evdən. Yox açmadı telefonlarımıda, qalacaq yeridə yoxdu heç. Nə etdim mən, of Allah cəzamı versin. Nə olar sən arasan açsa mənədə bildir, tamam gözləyirəm. Telefonu söndürüb, baxdı üzgün baxışlarla.
Mələk tələsik gəlib mağazaya girdiyində, Səlimin başı sarıqlı əsəbi oturduğunu görüb, Uğura baxdı. Uğur üzgün baxışlarla baxdı ki, davalaşmasınlar yenə. Səlim heyif çıxaçaq baxışlarla süzürdü Mələyi. Mələkdə hec ona fikir vermədən Uğura yaxınlaşdı. Cibindən pulu çıxarıb masanın üstə qoyub — Uğura: Dənizə çatdırarsan. Səlim oturduğu yerdən qalxıb yaxınlaşdı, — Mələyə: sənin bizə borcun bununla bitmir. Mələk cavab verib davalaşmaq istəmirdi. Mələk — Uğura: burda çalışmadığım 3 ayın pulu var, neçə verilmişsə elədə qaytardım. Mənim artıq kimsəyə borcum yoxdur, getmək istəyirdi mağazanın qapısından içəri polislər girdilər. Mələk heç təçüblənmədi, Səlimdən artıq nə desə gözlənilirdi. Uğur təcüblə baxdı — Səlimə: sənmi çağırdın buları? Səlim kinlə gülümsədi. Polisin birisi yaxınlaşdı — Mələyə: haqqınızda şikayət var xanım. Sizi gözləyirdik bizdə burda. Mələk — Polisə: mənimdə şikayətim var bu tip haqda, iş yoldaşım Uğuru vurdu nahaq yerdə. İstəsəniz kameralardan baxıb götürərsiniz sübutları. Polis birazda qabağa gəlib əsəblə, — Mələyə: xəbərdarıq ondanda. Ama Uğur bəy xalası oğlundan şikayətçi olmadığına görə, ortada tək günahkar siz qalırsınız. Səlim bəydən üzür istəsəniz, bəlkə sizin işinizi yüngülləşdirə bilərik, orasını siz düşünün. Mələk dönüb özünə ədayla baxan Səlimə baxdı. Səlimin duruşuda, baxışıda, əsəblərinə toxunurdu. Biraz baxıb dönüb polisə, — cəzamı çəkməyə hazıram. Mən beləsindən üzür istəyincə, sözünün ardını demədi. Səlim yaxınlaşıb — Mələyə: cəzan çox ağır olacaq unutma, sən düz olanı seçdin. Əgər üzür istəsəndə, mən səni bağışlamayacaqdım. Mələk — polisə: yəqinki sizinlə şövbəyə gəlməliyəm qanuna görə. İmkan varsa biraz tez gedəyin burdan, mənim ürəyim bulanır. Bu arada Dəniz girdi içəri, polisləri görüb baxdı qardaşına. Səlimi kəssələr qan çıxmazdı. Mələyin sözləri təsir etmişdi, üzündən bəlli idi. Dəni gördü masaya qoyulmuş pulları, anladı. Dəniz — Mələyə: Gülsüm çox narahatdır səndən. Nə olar Mələk qardaşımla anlaş bitsin bu iş. Mələk baxmadan –Dənizə: tanış olduğumuzda yadındadırmı sənə zarafatla dediyim söz. Dalğalarında adamları batıran dəniz sənsənmi? səndə cavab vermişdin, hələ dalğalarımda kimsə batmadı deyə. Artıq bil, var batan dalğalarında Dəniz xanım. Bacımla qurduğunuz oyunun fırtınasına mən düşdüm. Ona de artıq məni aramsan, cəzam nədir çəkəcəm mən. Dənizin gözlərindən yaş süzüldü üzünə. Uğur kənara baxıb bir anlıq gözlərini yumub dayandı. Polis — Səlimə: Səlim bəy şövbədə görüşərik. Mələyin qolundan tutduğunda Uğur dözmədi, — polisə: canini tutmuş kimi aparmayın qızı. Çək əlini, polis məhəl qoymadan apardı mağazadan Mələyin qolundan tutub. Uğur — Səlimə: yaraşdımı bu etdiyin sənə? Səlim hec ruhunu incitmədən getdi ardlarınca. Dəniz qalmışdı ortalıqda pərişan. Uğur –Dənizə: sən qal burda mən gedirəm şövbəyə, qızın başına oyunu açdıq durduq yerdə. Mələyi indi tək qoymaq düzgün deyil qardaşının ümidinə. Dəniz keçib əyləşdi ağladı, Uğur tələsik açarlarını götürüb çıxdı mağazadan. Son Mələyin dediyi söz Dənizə çox toxunmuşdu.
Mələyi şövbəyə gətirmişdilər. Səlimin atası adlı — sanlı birsi olduğundan, Səlimin işinə tez baxmğa qərara gəlmişdilər. Mələk əyləşmişdi, rəyis — Mələyə: Səlim bəyi başından vurduğunuza görə şikayətcidir sizdən. Mələk susdu, Səlim bəy bağışlamasa cəzanızı çəkəçəksiniz. Siz anlaya bilirsinizmi dediyimi? Mələk yavaş səslə — polisə: bəli bilirəm. Səlimdə əyləşmişdi rəyisin otağında, qulaq asırdı deyilənlərə. Burda yaxınınız və ya ailəniz yaşayırmı? Mələk yox deyə işarə etdi. Rəyis –Mələyə: haqqınızda sud olacaq, işinizə baxılmayınca buranı tərk edə bilməssiniz. Dediklərim sizə aydındırmı? Mələk yavaş səslə — rəyisə: aydındır. Rəyis — Səlimə: Səlim bəy mən bacarıb işinizi tez həll etməyə çalışacam. Səlim razılığını bildirdi. Rəyis — Mələyə: telefon nömrəniz 24 saat açıq olacaq, duydunmu məni? zəng etdiyimizdə bura gələcəksən. Qacmağa və ya gəlməkdən boyun qaçırmağa çalışsan, işinin üstünə daha əlavə cəza gələçək. Mələk ayağa qalxıb — rəyisə: biz sözümüzdə duran insanlarıq yoldaş rəyis. Verəcəyiniz cəzanıda çəkməyə hazıram, sizdə bunu bilin. Rəyis tərs — tərs baxdı, — Mələyə: gedə bilərsən çağrılana qədər. Mələk otaqdan Səlimə baxmadan çıxdı. Düşünürdü karidorla gedərkən, necə etsin ki anası gil bilməsin olanları. Yazıq ömründə birinci idi ki, Səlim səbəb olub belə yerə gəlmişdi. Öz — özünə: kaşki boş başına öləcəyin kimi vursaydım, alçaq şərəfsiz zibil. Şövbədən çıxdığında dayandı, dərindən — dərindən nəfəs aldı. Sanki nəfəsi kəsiləcəkdi əsəbdən, üzüntüsündən, hec hara gedəcəyini belə bilmirdi. Uğur gəldi qarşısına həyəcanla, — Mələyə: nə dedilər? beyni dumanlanmışdı yazığın. Bir anda Uğura baxdı, yaşadıqlarının şokundan ayıldı. Dedilər burda qalmalıyam, cəzamı kəsdiklərində zəng edib bildirəcəklər. Uğura xəcalət oldu Mələyin bur duruma düşməsinə, ax Dəniz axx, nə etdin sən. Mələk birdən xatırladı çantası mağazada qlmışdı, –Uğura: çantamı götürməliyəm. Əğər yonun mağazayadırsa, məni çatdır zəhmət deyilsə sənə. Uğur- Mələyə: əlbətddə dost, dostum deyəcəkdi sözü ağzında yarımcıq qaldı deyə bilmədi. Mələkdə anladı, artıq bir söz demədən Uğurla maşınına tərəf gedib, əyləşdilər. Uğur maşını işə salıb qaza basdığında, şövbədən Səlim çıxdı. Maşınla gedərkən, ikisidə bir –birinə nifrət dolu baxışlarla baxdılar. Uğur sürəəti artırdı, getdilər. Səlimdə gedib Dənizin maşınına əyləşib getdi ordan.
Uğur yol gedərkən, — Mələyə: sonra səni Gülsüməmi catdırım? Mələk əsəbləşdi. Mənim nə işim var o satqının yanında? açdırma ağzımı indi səndə alacaqsan payını. Uğur maşını idarə edə — edə, — Mələyə: dedin buranı tərk etmə dedilər. Bəs harda qalacaqsan? Mələk əsəbləşdi, -Uğura: cəhənnəmdə qalacam Uğur duydunmu? sayənizdə gecəni küçədə gecələdim. Qalan gecələrimidə küçədə gecələyərəm, nə narahat olursan? Allam sən axlımı qoru. Uğur dərindən nəfəs alıb, — Mələyə: mən ölmüşəmmi? sən dışarda gecələyərsən it — qurdun yanında. Mələk — Uğura: ətrafında it — qurdun olduğunu bildiyində ehtiyat edirsən, qorunarsan. Ancaq ətrafındakı dost — bacı dediklərinin satqın olduqlarını hiss etmədən etibar etdiyində, əsəblə baxdı. İnan it — qurdlar səni tikə — tikə doğrasalarda canını bu qədər acıtmaz. Uğura deyilən söz daş kiimi dəydi, — Mələyə: Gülsümə getməyəcəyini anladım. Sən mənə nə desəndə səni tək qoya bilmərəm. Mələk anladınmı məni? ya mənimlə gələcəksən, yada olanları ailənə bildirəcəm. Olar bura gələcəklər vəs sən tək qalmayacaqsan, secim sənindir. Mələk əsəblə baxıb — Uğura: siz bu ikki xala uşaqları nə, pis söz deyəcəkdi özünü zor tutdu, demədi. Uğur anladı nə demək istədiyini, olanlarda özünüdə günahkar hesab edirdi. Mələyə haq verirdi, incimirdi sözlərindən.
Axşam olmuşdu. Uğur Mələyi razı sala bilmişdi qarşısına şərt qoyaraq, öz evində qalmağa. Uğurunda evi geniş və səliqəli idi, tək yaşayırdı kimsə qalmırdı özündən başqa. Mələk üzgün pəncərədən baxıb fikirə dalmışdı. Uğur gəldi — Mələyə: axşam yeməyimizi yeyək gəl, Mələk duymadı. Uğur gəlib Mələyin baxdığı tərəfə baxıb, — Mələyə: düşünmə yaxşı olacaq hər şey. Mələk fikirdən ayılıb, –Uğura: o xalan oğlunu öldürsəm, bəlkə yaxşı olardı hər şey. Uğur dərindən nəfəs alıb, — Mələyə: gəl yeməyimizi yeyək yorğunsan səndə. Uğurun üzündən yorğunluq yağırd. Mələk artıq istəmədi Uğurda özünə görə üzülsün. Mələk — Uğura: şərtimizi unutmadın elə deyilmi? Uğur dərindən nəfəs alıb — Mələyə: tamam söz verdim. Xayiş edirəm inan deməyəcəm burda olduğunu kimsəyə. Mən bir səhv etdim Dənizlə razılaşdım, bu hala düşdün. Məndə düşünmüşdüm yaxşılıq edəcəyik sənə. Biz edən yaxşılığın içinə, sözünün ardını demədi. Mələk — Uğura: tamam dostum səni bağışladım, Dənizlə — Gülsümdən fərqli olaraq. Elə baxdı ki Uğur duyduğunda, — Mələyə: of dostum inan dünyanı hədiyyə etdin mənə, coxsağol. İnan vallah çox pis olurdum, sənə dost deyə bilmədiyimçün. Mələyin qolundan tutub özünə sıxıb, otaqdan apardı yemək yeməyə. Qapıdan çıxarkən — Mələyə: bax dostunun bişirdiyini bəyənəcəksənmi. Mələk zarafatla — Uğura: inşallah uğurlu hazırlamışsan yeməyi. Uğur zarafatına gülümsəyib, qapını örtüb cıxdılar otaqdan. Uğur — Mələyə: bunu səninçün hazırladım dostum gəl hələ, getdilər.
Səlimdə Dənizlə evlərində oturmuşdular, masa arxasında axşam yeməklərini yeyirdilər. Atası 55 — 60 yaş arasında yaraşıqlı kişi idi. Atası — Səlimə: deyirsən dostunun maşınında qəza etdiniz. Səlim — Atasına: narahat olma görürsən yaxşıyam. Atası şüphəli baxışla baxdı ikisinədə. Xadimə gəldi əlavə yemək qoydu qabda masaya, — Səlimə: Səlim bəy siz bunu yeyin. Səlimin sevmədiyi yemək idi. Xadiməyə nə isə demək istəyirdi, atasının özünə baxdığını görüb — xadiməyə: tamam yeyərəm. Xadimə getdi, Dənizdə özünü toparlamağa çalışırdı ki, atası şüphələnməsin. Ancaq atasının elə bil ürəyinə dammışdı nə isə gizlətdikləri. Atası — Dənizə: qızım bilirəm qardaşın səni az bulaşdırmadı yalanlarına. Mənim bilmədiyim bir şey varmı? Dəniz gülümsədi, –atasına: yox atacan heçnə olmadı. Atası oğluna baxdı, artıq söz demədi, — ikisinədə: yeməyinizi yeyin, nuş olsun. İkisidə can dərdi yedilər atası şüphələnməsin deyə.
Uğur yeməyi dadsız hazırlamışdı. Zarafatla — Mələyə: bəzən dediyin kimi adım hər yerdə işə keçmir dostum. Uğur elə ürəkdən güldü ki, Mələk gəldiyindən birinci idi Uğuru belə ürəkdən gülən görürdü. Mələk başını narazılıqla sirkələyib gülümsədi, bir anlıq öz dərdini unutdu. Mələk — Uğura: yaxşıdır dostum əllərinə sağlıq, birdən dışada yağış yağmağa başladı. Mələk yağan yağışın səsini duyduğunda, nədənsə kövrəldi. Uğuru üzməməkçün qalxıb getdi, ağladığını görüb üzülməsin deyə. Uğur ardınca baxıb çəngəli boş qaba qoyudü üzgün — kefsiz. Bir anlıq gözlərini yumub nə isə düşündü. Ax Səlim, nə olardı dilini dişinə sıxsan bir dəfədə olsa. Mələyin kövrəlməsinə çox üzüldü.
Axşam yeməyindən sonra Səlim Dənizi otağına çağırıb sorğu — suala tutmuşdu. Dəniz sən bilirsən hardadır o pislik. Dəniz gizləmə məndən, onun harda olduğunu de. Dəniz — qardaşına: Səlim bax dedim bilmirəm, az sual ver atam duyacaq. Səlim birdən bağırdı — bacısına: duyanda duysun. İndicə zəng et Gülsümdən soruş hansı cəhənnəmdə saxlanmış. Dəniz qardaşınının yanında Gülsümü aradı. Telefonuda yüksək səsə açdı ki, qardaşı duysun danışdıqlarını. Az vaxtda Gülsüm ağlayaraq cavab verdi Dənizə. Dəniz Mələk hardadır bilirsənmi? qardaşından soruş hardadır de mənə yalvarıram. Burda onun məndən başqa kimsəsi yoxdur bilirsən. Dəniz qardaşına baxaraq — Gülsümə: bilmirəm məndə inan xəbərim yoxdu hardadır. Gülsüm ağlayaraq, — Dənizə: bəlkə qardaşın heyif çıxmaqcün qızı saxlamış, soruş nə olar. Səlim əsəbləşdi, əlindən telefonu götürüb — Gülsümə: demək ki bacın məndən qacıb gizlənə bilmiş hə? eybi yox tapacam mən onu. O zaman gününü görəcək pislik. Telefonu söndürüb atdı masaya əsəblə, düşündü hara gedər deyə. Dəniz qardaşına baxdı üzgün baxışlarla, əl çək qızı rahat burax. Səlim bunun axırı yaxşı bitməyəcək deyim bil. Hələ atam duysa heçdə yaxşı olmayacaq. Səlimin qulaqları duymurdu. Harada saxlandın sən? öz — özünə söyləndi. Dəniz əsəblə çıxdı getdi otaqdan. Səlim telefonunu götürüb kiməsə zəng etdi, alo nə oldu tapdınmı? bir iş becərmirsən. Əsəblə telefonu söndürüb baxdı.
Uğur otağa limonlu çay gətirdi. Mələk pəncərənin önündə dayanıb, dışarı baxırdı yağışa. Gəlib çayı uzatdı, — Mələyə: bəzən yağış adama keçmişdə olub keçənləri xatırladır. Yağan damçıları ilə torpağa və hər şeyə məlhəm olur. Mələk çayı götürüb — Uğura: yağışı sevərəm mən, ancaq şimşəkdən qorxub gizlənməyə yer axtarardım hər çaxdığında. İndi yağışa özümü bənzədirəm, buludlara qənim kəsilən ildırımı isə xalan oğluna. Düzü əsil şimşəkdən fərqli olaraq mən ondan qorxmuram. İndi yəqin məni axtarır heyifini almağa. Uğur çayından iiçib — Mələyə: narahat olma, mən varkən o sənə heçnə edə bilməz. Mələk — Uğura: qarışma sən, xalan oğluyla mənə görə düşmən olma, ondan qorxmuram. Ürəyi harda istəyir çıxsın qarşıma, mən ondan qaçmıram. Uğur dərindən nəfəs alıb — Mələyə: sən mənim qədər onu tanımırsan. Demirəm qorx, ancaq ehtiyat et mütləq. Mələk — Uğura: anam hələ burda çalışdığımı düşünür. Xəbəri yoxdur qızının ən yaxın bacısı sayılanın səhvi ucbatından, işinin polisə qədər çatdığını. Allahım sən mənə səbir ver. İnan ən başından ürəyimdə narahatlıq vardı, bu iş təklifini duyduğumda. Dəfələrlə soruşdum demədilər gərçəyi mənə, nə pis bir yermiş burası. Uğur sakit dayandı, qız haqlıydı durduq yerdə xalası oğlu başına bəla olmuşdu. Bunuda yaxşı bilirdi ki, Səlim elə — belə qızın yaxasını buraxmayacaqdı.
Beləçə o bir günü Uğur mağazada çalışırdı. Səlim gəldi, salam verib əyləşdi. Uğur çalışdı Səlim bilməsin Mələyin özüylə olduğunu. Uğur sakit sifarişi hazırlayırdı. Səlim — Uğura: neçəsən? baxmadan — Səlimə: gördüyün kimi. Səlim nəsə şüphəli baxaraq — Uğura: iş yoldaşın zəng etmədimi sənə? çalışmayacaqmı artıq. Uğura dönmədən — Səlimə: etmədi, bilmirəm hardadır. Səlim şüphələndi, — Uğura: mən demədim ki, sən bilirsən o hardadır. Uğur bir anlıq səhv dediyi sözünə düzəliş verməyə çalışdı. Dönüb — Səlimə: bax Səlim mənim sifarişlərim var, çalışmağım lazımdır. Çalışdığım bu sürəcədə, bir dəfə yaxşı çalışan və gözəl əl qabilyəti olan bir işçi tapdığıma sevinmişdim. Gəldin onuda davalaşıb kənarlaşdırdın, artıq nə lazımdır? qoy işimi görüm. Səlim kinlə gülümsəyərək, — Uğura: hə çox gözəl əl qabilyəti vardı iş yoldaşının, başını işarə etdi. Uğur dərindən nəfəs alıb, — Səlimə: nə istəyirsən qızdan? bax şikayət etdin cəzasını kəsəcəklər. Günah deyilmi bu etdiyin? İnan qız bilsə burası sizin mağazanızdır, heç çalışmazdı. Sud nə cəza verəcəksə razıdır, sən əl çək yazıqdır qız. Səlim qarşısına gəlib dayndı. Biraz baxıb — Uğura: o tanımadığın pislik məndən dəyərlimi oldu sənə? sözlərinlə şaşırırsan məni xala oğlu. Uğur bir anlıq baxdı, — Səlimə: unutdunsa xatırladım sənə xala oğlu. Sən məni qəfil vurub yıxdığında, Mələk mənə yardım etdi qaldırdı. Birdə Mələk səni mənə görə vurdu, bunu ikimizdə yaxşı bilirik. Mən haq olanın tərəfində olmağı sevirəm. Səlim kinlə gülümsəyərək, — Uğura: o məni sənə görə vurmadı səhvin var, biz öncədə rastlaşmışdıq o pisliklə. Qarşıma çıxdığına onu min peşman etməssəm adım Səlim olmasın, getdi əsəblə çıxıb. Uğur əsəbləşib əlindəki gül buketini masaya atıb, əyləşdi. Əsəblə öz — özünə: sən adam olmadın ki olmadın.
Axşam olurdu. Uğur evə gəldi qapını açarla açdı. Mələk mən gəldim səslədi. Mələk mətbəxtdən səsləndi, — Uğura: gəl dostum xoş gəldin deyərdim, sözünün ardını demədi. Mələk yaxşı bilirdi ki, Səlim çoxdan mağazaya gəlib Uğurdan soruşmuşdu özünü. Uğur gəlib mətbəxtdə əyləşib baxdı, — Mələyə: hə gəldi soruşdu səni. Uğurada xəcalət olmuşdu Səlimin dəliləşməsi. Mələk heç kefini pozmadan yeməyin altını söndürüb, — Uğura: dərd etmə məni özünə. İşdə az yorulmursan, birdə başdan xarab xalan oğlunu düşünəcək deyilsən. Boş qabları götürüb, yeməkdən çəkib gətirib qoydu masaya. Mələk — Uğura: qalx əlini yu, hadi ye yat dinlən. Uğur Mələyin ürəyinin necə gözəl olduğunu artıq anlamışdı, qalxıb əllərini ordaca yuyub əyləşdi. Mələk çörəkdə, salatda, başqa hazırladıqlarınıda masaya qoyub, əyləşdi. Uğur zarafatla, — Mələyə: mm gözəl qoxur yeməklər. Mələkdə zarafatla — Uğura: içinə biraz ədviyyat qatdım, ötən axşamdakı kimi uğurlu alınmaya bilər deyə. Zarafatla Uğurun dadsız yemək hazırlamasna işarə etdi. Uğurun xoşuna gədi yemək, — Mələyə: gərçəkdən ağzım dada gədi, əllərinə sağlıq. Mələyin iştahı olmasada, artıq söz soruşub Uğurunda iştahını qaçırmaq istəmədi. Nuş olsun Uğur bəy. Uğur gülümsəyərək, — Mələyə: dostum de yetər Mələk xanım. Mələk yeməkdən bir qaşıq yedi, yenə fikirə daldı. Uğur baxdı ancaq bir söz demədi, yeməyini yedi.
Səlim otağında oyana — buyana gəzib düşünürdü, arada əsəbləşirdi düşündükcə. İçəri Dəniz girdi qapını döyüb, — qardaşına: Uğuru aradım, dedi Mələyin harda olduğunu bilmir. Səlim biraz düşünüb, — Dənizə: o bilir hardadır, ancaq demir gizlədir məndən. Dəniz dərindən nəfəs alıb –qardaşına: Səlim, Səlim baxdı bacısına. Babam gəlmiş, atamla söhbət edirlər aşağıda. Səlim biraz şaşqın, — Dənizə: babammı gəlmiş? tez çıxdı getdi otaqdan. Dəniz keçib qardaşının yerində əyləşib, öz — özünə: bəlkə əlindən yazıq qızı qurtara bilər babam. Artıq çarəm qalmadı bura onu çağırmaqdan başqa. Telefonunu çıxarıb zəng etdi. Alo Uğur babam gəldi bizə, sən hələ bacardıqca Mələyi gözdən qoyma. Səlim onu axtarır hər yerdə, biraz qulaq asıb, tamam. Kefsiz telefonu söndürüb, qalxıb çıxdı otaqdan.
Sələm babasıyla qucaqlaşıb görüşdülər, babasını görüb uşaq kimi sevinmişdi. Zarafatla — babasına: Murad bəydə bizləri yad edərmiş. Babası gülərək — Səlimə: itimin sənə salamı vardı, güldü qəh — qəhə cəkib. Dənizdə gəldi əyləşdilər. Dəniz babasına qısılıb oturdu. Səlim — babasına: amandı qalsın istəmirəm itinin salamını. Dəniz uşaq kimi babasının qardaşını incitməsinə baxıb gülümsədi. Atası — oğluna: atamın itləri mənidə sevmirlər. Babası — atasına: nədəndir səbəbi Paşa? çünki gəlib — getmirsiz. Məncədə o üzdəndir, elə deyilmi? bura gələni unutdun kəndin yolunuda. Mənim itlərim bir tək Mələk qızımı sevirlər, elə deyilmi Səlim? baxdı. Babasının bu sözündən Səlim anladı, babası nə ücün gəlmişdi. Atasının yanında açıb ağartmaq istəmədi. Səlim — babasına: itinin salamını o zaman Mələk qızına çatdırarsan babacan. Atası qəhvəsini götürüb, — olara: Mələk kimdir? babası –oğluna: kəndimizin qızıdır Mələk. Bura qonaq gəlmişdi rəfiqəsinə, Səlimə baxdı ki, hər şeydən xəbərdaram anlamında. Səlim — atasına: heç tanımasan yaxşıdır ata, vəhşi mərəfətsizin birisidir. Babası əsəbləşdi — Səlimə: məncə bəziləri olmayan mərəfətlərini Mələkdən öyrənsələr daha yaxşı olar. Atası şüphəli baxışlarla baxdı. Sən o qızı tanıyırsanmı oğlum? Səlim nə isə demək istəyirdi, babası — oğluna: tanımazmı? həmdə necə. Dəniz xayiş edici baxışlarla baxdı babasına ki, atasının yanında deməsin olanları. Babası Səlimə əsəbi olsada bildirmədi, nəvəsinin saçlarından öpüb gülümsədi. Babası — Dənizə: gözəl nəvəm mənim. Dənizdə qardaşına baxdı ki, atasının yanında bildirməsin. Səlim əsəblə kənara baxdı.
Uğur duş qəbul edib gəlib əyləşdi. Mələk çayları gətirdi əyləşdi, — Uğura: həmişə təmizlikdə dostum. Uğur gülümsəyib, — Mələyə: təşəkkürlər dostum, Dəniz aradı. Mələk baxmadan — Uğura: başdan xarab qardaşı onada rahatlıq vermir yəqin evdə. Çoxdan sual atəşinə tutmuşdur qızıda. Uğur — Mələyə: sanki Səlimi bizdən yaxşı tanıyırsan, tam onun pis xasyətlərini hiss edirsən. Babası gəlmiş biraz öncə, onu deməyə aradı. Mələk birdən elə baxdı ki, — Uğura: Murad dayımı gəlmiş? Uğur çayını götürüb,
- Главное
- ⭐️Romance
- Fatma Ahmed kızı Nabieva
- Acı həyat. Roman
- 📖Бесплатный фрагмент
