Mən keçmiş haqqında düşünmürəm. Mənim üçün yalnız əbədi olan bu gün var.
Qadın, kişinin hər bir təqsirindən keçə bilər, amma ona yazığı gəldiyindən fədakarlıq edən kişini heç vaxt bağışlamaz.
Sadəliyin, sakitliyin gözəlliyini duymaq lazımdı. Həyatda elə sakit və başıaşağı dolanmaq lazımdı ki, taleyin amansız gözü bizi görməsin. Sevgini də, mehribanlığı da sadə və adi adamlarda axtaraq gərək. Onların sadəliyi bizim çoxbilmişliyimizdən yaxşıdır. Kiçicik daxmamızda sakit, dinc bir həyat yaşayaq, onlar kimi sadə, nəcib və ürəyiyumşaq olaq, həyatın mənası bax, budur.
Mən onu özümdən çox istəyirəm. Heysiyyət, mənlik o zaman sevgiyə qarışır ki, sən, doğrudan da, özünü daha çox sevəsən. Bir də ki, evli ola-ola başqa qadına vurulan kişilər azdımı? Hər şey qurtarandan sonra ər arvadının yanına qayıdır, arvad da onu qəbul eləyir, hamı da bunu təbii sayır. Qadınlara gəldikdə, niyə başqa cür olmalıdır?
Yəqin romantikanı duymaq üçün bir az aktyor olmaq lazımdır, bir də özündən uzaqlaşıb, öz hərəkətlərinə kənardan, başqa gözlə baxmalısan.
Yadımda deyil, hansı müdriksə məsləhət görüb ki, ruhi müvazinətini saxlamaq üçün gündə iki dəfə xoşlamadığın işi gör. Şəxsən mən belə də eləyirəm: hər gün yuxudan dururam, hər gün də yatıram.
Adamlar var ki, doğulmalı olduqları yerdə deyil, tamam başqa bir yerdə dünyaya gəlirlər. Ancaq tale onları hansı diyara atsa da, heç görmədikləri o doğma yerin həsrətini həmişə çəkirlər. Yaşadıqları yerdə bu cür adamlar özlərini qərib hiss edir, körpəlikdən tanıdıqları yamyaşıl xiyabanlar, oyandıqları izdihamlı küçələr onların ömür yolunda yalnız ötüb keçən bir mənzərə təsiri bağışlayır. Onlar doğmalar arasında yad kimi yaşayır, doğulduqları diyarda rəqib olurlar. Bəlkə elə bu qəriblik hissi o adamları harasa lap uzaqlara çəkib aparır, könül bağlayıb, yurd salıb həmişəlik yaşamağa çağıran hansısa bir qüvvə cəzb edir onları.
Adam çaya düşəndə yaxşı ya pis üzməyinin əhəmiyyəti yoxdur. O çalışıb sudan çıxmalıdır, yoxsa batacaq.
Kim deyirsə əzab insanı nəcibləşdirir, o səhv edir, insanı xoşbəxt həyat nəcibləşdirir, əzab isə adamı cılızlaşdırır, qisasa çağırır.
İnsana mif yaratmaq qabiliyyəti verilmişdir. Ona görə də adamlar cəmiyyətdə seçilən ayrı-ayrı şəxslər haqqında hərisliklə, qəribə və sirli əhvalatlar uydurmaqdan özünü saxlaya bilmir, fanatik bir inamla yaratdıqları əfsanənin bir parçasına çevrilirlər. Bu, həyatın adiliklərinə qarşı romantiklərin qiyamıdır.