Afyonkarahisardan Osmanlı Məclisi-Məbusanına millət vəkili seçildi. 1915-ci ildə İttihad və Tərəqqi partiyasının Mərkəzi Komitəsinin üzvü oldu. Oktyabr çevrilişindən sonra Qafqaz ordularının siyasi müşaviri kimi getdiyi Rusiyadan (mətndə belə getmişdir, əslində Azərbaycandan olmalıdır – V.Q.) döndüyü zaman İstanbulda ingilislər tərəfindən həbs olunub Malta sürgününə göndərildi.
Sürgündən 1921-ci ildə dönən Ağaoğlu Anadoluya keçərək Ankara Hökumətinin Ümumi Mətbuat baş müdiri vəzifəsində çalışmağa başladı. İkinci və üçüncü dönəmlərdə Qars millət vəkili kimi Türkiyə Böyük Millət Məclisinə seçildi. 1930-cu ildə Cümhuriyyət Sərbəst Firqəsinin qurulmasında iştirak etdi, partiyanın siyasi xəttinin müəyyənləşdirilməsində mühüm xidmətlər göstərdi. Partiyanın öz-özünü buraxmasından sonra İstanbula dönüb Darülfünunda hüquq tarixi dərsləri verdi. Bu illərdə hakim Cümhuriyyət Xalq Partiyasına müxalif yazılarına görə nəşr etdiyi “Axın” qəzetini hökumətin təzyiqləri nəticəsində bağlamalı oldu. Ardınca ölkədə həyata keçirilən universitet islahatı nəticəsində ali məktəblərdəki fəaliyyəti də sona çatdı və təqaüdə çıxdı.
Düşüncə və yazılarında Qərb liberalizmini və azadlıqlarını əsas kimi götürərkən islam islahatçılığını, laikliyi1 və demokratik milliyyətçiliyi də ardıcıllıqla müdafiə edən Əhməd Ağaoğlunun əsas əsərləri aşağıdakılardır: “İslam və Axund” (1900), “İslamda qadın” (1905, 1959), “Üç mədəniyyət” (1927, 1972), “Sərbəst İnsanlar Ölkəsində” (1930), “Dövlət və Fərd” (1933).
1 Dövlətin qanunvericilik sistemində hər hansı bir dinin ehkamlarının birbaşa norma şəklində tətbiq olunmasının qadağan edilməsidir.
Bir insan ömrü boyunca belə yoldaşlardan birini, yaxud bir neçəsini tapa bilər. Əslinə baxsan, bu hətta bir nəsibdir, alın yazısıdır. Onlar bir-birlərini mütləq tapırlar, tapacaqlar. Çünki birlikdə olmaları əzəldən qərarlaşdırılıb, alın yazısı kimi bir şeydir
Uzun iqtidar illərinin gətirdiyi alışqanlıq, özünə güvənmək və qürurlu davranmaqla – bir sözlə, istənilən yolla yenə əllərindəkini qoruyub saxlayacaqlarını düşünənlər, aralarında baş redaktor da olmaqla, 1950-ci il seçimlərinin nəticələri qarşısında heyrətdən özlərini itirdilər.