Bütün dünya uşaqlarının böyük maraqla oxuduqları əsərlərin müəllifi Astrid Lindqren 1907-ci ildə İsveçin Smoland əyalətində anadan olmuşdur. O, uzun illər Stokholmdakı «Raben və Şyorqen» nəşriyyatının uşaq ədəbiyyatı redaksiyasında çalışmışdır. O, uşaqlar üçün 30-dan çox kitab yazmışdır. «Uzuncorab Peppi», «Mio və mənim Miom», «Balaca və Karlson» onun ən məşhur əsərləridir. Astrid Lindqrenin 1944-cü ildə yazdığı «Uzuncorab Peppi» əsəri yazıçının qızına hədiyyəsidir. Uzuncorab Peppi müəllifin üçcildlik uşaq hekayəsinin baş qəhrəmanıdır. Kitabda «Toyuq» villasında valideynlərsiz yaşayan nadinc doqquzyaşlı qızcığazın şən və əyləncəli macəralarından bəhs edilir.