Sanki sakitlikdən məst olmuşdu, bu dəqiqələrin sehrini heç nə poza bilmirdi, yuxarıdan, haradansa yumşaq, külək səsinə bənzəyən ahəngdar bir səs gəlirdi, bu, kainat maşınının uğultusuydu, Tanrı öz çarxını hərləməkdəydi.
nə qədər kiçik, insan nə qədər cılızmış!
Kaş ki orada, yüksəklikdə, ulduzların arasında olub, kometlərin öz quyruqları ilə onun alnını yalamasını hiss edəydi! Yer