«Ziyan» yazıçının altıncı romanıdır. Əsərin qəhrəmanı Türkiyənin şərqində məcburi əsgəri xidmətdə olan bir gəncdir. O, özüylə və soyuqla mübarizədə məğlub olduğunu düşünür, intihar etmək fikrinə düşür. Amma qəfildən keşikçi daxmasında peyda olan bir adam onun fikirlərinə təsir etməyə başlayır. Qəhrəman bu sirli adamın kimliyi üzərində baş sındırarkən, o, özünün Ziya Xurşud olduğunu iddia edir. Həmin Ziya Xurşud ki, Mustafa Kamal Paşanın həyatına sui-qəsd etməkdə günahlandırılaraq edam edilmişdi… Hansısa bir zaman kəsiyində qəhrəmana elə gəlir ki, bu xəyali söhbətlər onun həyatını kökündən dəyişməyə qadirdir. Tarixi hadisələrin təsəvvürlərdəki və reallıqdakı rolunu göstərən əsər 2014-cü ildə türk-fransız roman mükafatına layiq görülüb.