Bu mövzuda zarafatlaşmağa məcburuq. Yoxsa ümidsizlik və qorxu axırımıza çıxar.
Heç kəsə bu həzzi yaşatmaram.
Gözlərimi içində qızların adları yazılmış kağız parçaları olan kürəyə zilləyirəm. Onlardan iyirmisinin üzərində səliqəli xətlə “Katnis Everden” yazılıb.