18,6 cm — yeni nəsil romandır. Əsərdə təsvir olunmuş əhvalatlar Azərbaycanda və Qafqaz ölkələrində cərəyan edir. Caz musiqisi kimi azad, səmimi və gözlənilməz təhkiyəsi olan müəllifin səsindən gündəlik həyatda rast gəldiyimiz tipləri tanıyacaqsınız. Bu əsərə yaxın keçmişimizin, artıq mövcud olmayan bir dönəmin xronologiyası da demək olar.