Musiqi onu bu qədər təsirləndirdiyi halda, yəni o, doğrudanmı, heyvan idi?
hətta atasına da xatırlatdı ki, indiki acınacaqlı və iyrənc görkəminə baxmarayaq, Qreqor istənilən halda, bu ailənin üzvüdür və onunla düşmən kimi rəftar etmək olmaz; ən azı, ailə şərəfi naminə ikrah hissini boğub dözmək, yalnız dözmək lazımdır.
Qreqor bacısıyla danışa və çəkdiyi zəhmətə görə ona təşəkkür edə bilsəydi, qızın əziyyətini qəbul etmək də asanlaşardı, amma bunu edə bilmədiyinə görə əzab çəkirdi.