Kiçik prins dedi:
– Sənin planetində adamlar bir bağda beş min gül yetişdirirlər... ancaq axtardıqlarını tapa bilmirlər.
Mən razılaşdım:
– Tapa bilmirlər.
– Axı onların axtardıqlarını yeganə bir güldə, bir qurtum suda tapmaq olar...
– Əlbəttə, – deyə razılaşdım.
Kiçik prins dedi:
– Gözlər kordur, ürəklə axtarmaq lazımdır.
təkcə ürək itigörəndir. Ən əsas şeyi gözlə görə bilməzsən.
– Siz gözəlsiniz, amma içiniz boşdur. Sizin yolunuzda ölmək istəməzsən. Əlbəttə, təsadüfi bir yolçu mənim gülümə baxıb deyər ki, o da eynən sizin kimidir. Lakin mənim üçün o təkbaşına sizin gülünüzdən əzizdir. Axı mən hər gün sizi deyil, onu suvarırdım. Sizi deyil, onu şüşə örtüklə örtürdüm. Küləkdən qorumaq üçün onun qabağına şirma çəkmişdim. Onun xatirinə tırtılları qırırdım, ancaq ikisini, yaxud üçünü saxlamışdım ki, kəpənək əmələ gəlsin. Mən onun necə şikayətləndiyini, necə lovğalandığını eşidirdim, o susanda belə mən ona qulaq asırdım, diqqətim onda olurdu. O mənimdir.
Bir-birini başa düşməyə sözlər ancaq mane olur.
Lakin dost alıb-satan mağazalar yoxdur, buna görə də adamların dostu yoxdur.
Nəhayət, Kiçik prins təzədən dilləndi:
– Bəs adamlar hardadır? Hər halda səhrada tək-tənhalıqdır...
İlan dedi:
– Adamların arasında da tək-tənhalıqdır.
Şöhrətpərəstlər tərifdən başqa heç nəyi eşitmirlər.
– Onda öz-özünü mühakimə et. Bu ən çətin məsələdir. Özünü mühakimə etmək başqalarını mühakimə etməkdən qat-qat ağırdır. Əgər sən özünü düzgün mühakimə etməyi bacarırsansa, deməli, sən həqiqətən müdrik adamsan.
Əgər sən öz camaatına dənizə atılmağı əmr etsən, onlar inqilab edərlər. Mən tabe olmağı tələb edə bilərəm, çünki mənim buyruqlarım ağıllıdır.
Kral deyirdi:
«Əgər öz generalıma qağayı cildinə girməyi əmr etsəm və general mənim əmrimi yerinə yetirməsə, bu onun günahı deyil, mənimki olacaq».