Çox çox çox çox sıradan bir detektivdir. Bu mükafatları nəyə verirlər? kimə verirlər? niyə verirlər? Nesbonun "Qar adamı"na oxşayır. Sonda bir-birinə calanan, və ortaq motiv əmələ gətirəm sujet xətlərini sevirəm. Amma bu yollar dəxlisiz və mənasız olanda başıma eləbil qaynar su tökürlər. Qatilin kimliyini rahat anlamaq olar, lakin onun məqsəd və niyyəti: Aaaaaaaaa!!!!
Şükür, xəfiyyə içki aludəçisi və keçmiş hərbiçi deyil, əl- ayağı da yerindədir. Kitabda müasir dövrdə baş verən hadisələrə olan baxış bucağı, KİV-in təsiri, sosiallaşmanın gücü ideal göstərilib. Bu mövzuya dəyilməli idi və əsər bunu bacardı.
Bir nəfəslik kitab deyil, sizi özünə bağlayan detektiv deyil, dəfələrlə kənara qoyub qayıtmışam. Özümdə hövsələ gördüm bir günə bitirmək üçün. Qısası ( 3 abzasdan sonra qısası ha-ha) sıradan bir detektiv. Tətilə aparmaq olar.