Kitab seçimimiz həyatımızın böyük bir hissəsidir. Hər kəs oxumaq üçün müxtəlif mövzuda olan kitablara üstünlük verir." Tatar çölü " Dino Bussati-dən oxuduğum ilk kitabdır. Tatar çölündəki Bastiani Qalasına təyin olunmuş, xəyalları, ümidləri və həyəcanı olan gənc bir leytenant - Covanni Droqodur. Drogo ilk vəzifə yerinə böyük ümidlərlə gedərkən yolun daha çox uzun və çətin olması və getdiyi qalanın heç də xəyal etdiyi kimi görkəmli olmaması qarşısında ilk ümidsizliyə qapılır. Qalaya ilk gəldiyi zaman ayrılmağı düşünən Droqo başqalarının tövsiyələrini dinləyərək burada ancaq 4 ay qala biləcəyinə qərar verir. Lakin keçən zaman, insan qanına işləyən vərdişlər, Droqonun yaddaşında Bastiani qalasının keçilməz bir " həbsxanaya" çevirir və başlanğıcda getmək niyyətində olduğu qalanın içinnən çıxa bilmədiyi, çıxdığında geri qayıtmaq üçün səbirsiz olduğu bir məkana çevrilir. Nəticədə Tatar çölü insanlarda bir az çətinliyə, rahatlığa, vərdişlərə əsir düşdüyündə bu vəziyyətin onun içində qapanmış qaldığı bir qalaya çevrilir sanki. Vərdişlər demişkən, yəni gündəlik həyatımızda etdiyimiz o qədər şeyin zamanla tərk edə bilmədiyimiz istəklər halına necə gəldiyini, bu ardıcıllığı pozmaq üçün heç bir şey etmədiyimizi, hərəkətə keçmək üçün cəsarətimiz olmadığımızı, bir göz qırpımında həyatımızdan nələr itirdiyimizi və olmayacaq istəklər barədə kor-koranə bel bağladığımızı açıq şəkildə nümayiş etdirir. Biz həmişə yaxşı günlərin olmasını gözləyirik. Gündəlik zərurətlərdən ötəri bizə xoşbəxtlik gətirəcək hadisələri əlimizdən qaçırırıq, biz xoşbəxt olacağımız yolda addım atmaqdan qorxuruq. Hər keçən saniyə, dəqiqə əleyhimizə işləyir. Bəli, bu kitab sizin həyatınız, vərdişləriniz, istəkləriniz, dəyərləriniz, hər şeyiniz barədə sual verir. Dino Bussati-nin " Tatar çölü " romanı hər yaşda oxucunun həyat xəttinə təsir edəcək, həyatına yol göstərəcək bir şah əsərdir. Hər kəs bu kitabı bir an əvvəl oxumalıdır məncə.