Adından da göründüyü kimi mövzu İDM dövründə qaçırılan/gizlədilən/məhv edilən kitab və kitabxanalar barədədir. Müəllif indiki zamanda hələ də bu kitabların tapılması, tanınması və ailələrinə qaytarılması üçün göstərilən səylərdən bəhs edir. "Kitabı ailəsinə qaytarmaq" məhz bununla. Çünki hamı bilir ki, qaytarılan təkcə kitab deyil, bütün dəhşətlərdən qabaqkı gözəl günlərin, sağlam varolan ailənin bir hissəsidir. Kitabların taleyi paralel olaraq həmin dövrdəki hadisələrin təsviri ilə danışılır. Hələ bugün 26 fevralda kitabı bitirməyim də simvolik olar, çünki boğazınız duyunlənmədən oxuyub, sonra ətrafda baş verənlərə baxmaq qeyri mümkündür. Yaşananlardan sonra insan ovladı niyə müharibə istəsin?