Axırıncı müharibə vaxtı bir qadın onu sevən zabitdən ərə getmək təklifi almışdı. Qadın düşünmək üçün zabitdən yalnız bir gecəliyə möhlət istəmişdi və ertəsi gün zabitə yazmışdı ki, bəs bu təklifə razıdır. Lakin həmin gün – 1940-cı ilin 10 mayında almanların həmləsi başlandı və zabit cəbhəyə göndərildi, qadının məktubu it-bata düşüb ünvana çatmadı. İkiqat iflas ucbatından – öz ölkəsinə və öz hisslərinə görə – ümidsizliyə düşən zabit Ölümün nazını çəkməli oldu. Bu üzüyola xanım, bir qayda olaraq, öz kavalerlərini diqqətsiz buraxmır... Həmin qadının qismətinə acı peşmançılıq, təəssüf hissi düşdü. Çünki qadın bu nikahı çoxdan arzulayırdı, möhləti yalnız abır və ləyaqət hissinə görə xahiş etmişdi. Bəyəm elə həmin dəqiqə «hə» demək daha yaxşı olmazdımı?