bahlulvaliyevцитирует7 лет назад
Bir vaxta çatdı ki, bizim günümüz,

İgid bəlli deyil, mərd bəlli deyil.

Hər kəs yarasına dərman axtarır,

Dərman bəlli deyil, dərd bəlli deyil.

Ədalət qalmadı hey zülm doldu,

Keçdi bu baharın gülləri soldu,

Dünyanın gedişi əcaib oldu,

Qoyun bəlli deyil, qurd bəlli deyil.

Çarx pozulub dünya islah olmayır,

Füqəra əhlinin üzü gülməyir,

Ruhsati də nə dediyin bilməyir,

Yazı bəlli deyil, xətt bəlli deyil.
  • Войти или зарегистрироваться, чтобы комментировать