Xalq arasında “part” deyə bir kəlmə var. Mənasını bilənlər bunun qarın, göbək, mədə-bağırsaq anlamına gəldiyindən xəbərdardır.
Həmçinin tarixdə Skiflərlə qonşuluqda yaşayan köçəri həyat sürən Mesopotamiyaya, İrana qədər gedib çıxmış “Partlar” adında bir xalq da varmış, bilənlər bunu yaxşı bilir. İran əfsanələrində igid, döyüşkən, əsilzadə kimi haqqında bəhs olunan Partlar zaman keçdikcə Yunanların təsirinə məruz qalıb, tikdikləri saraylarda əxlaqsız həyat keçirməyə başlayırlar. Əlbəttə ki, xalq bu rəzilliyə qarşı etiraz edir və axırda Sasanilər iqtidarı ələ alaraq Partların hakimiyyətinə son qoyur.