Gunduz Memmedovцитирует9 лет назад
İsa Məsih böyük nüfuza malik tarixi şəxsiyyət olub. Bəlkə də o, dünyanın gördüyü ən müəmmalı və xarizmatik liderdir. Messiyada (messianizm – allah tərəfindən yer üzünə xilaskar gələcəyi haqqında etiqad) əvvəlcədən deyildiyi kimi, İsa hökmdarları devirir, milyonlarla insanı ruhlandırır, yeni fəlsəfi cərəyanların əsasını qoyurdu. Süleyman və Davud nəslindən olan İsanın yəhudi şahlığına iddia etməyə tam hüququ vardı. Onun həyatı minlərlə ardıcılı tərəfindən təsvir olunub. – Tibinq sözünə ara verib bir qurtum çay içdi və fincanı yerinə qoydu. – Əhdi-Cədidə daxil etmək üçün səksəndən yuxarı İncilə baxılıb, lakin onlardan yalnız bir neçəsi bu kitabda əks olunmaq şərəfinə nail olub. Onlardan Matfeyin, Markın, Lukanın, İohannın incillərini göstərmək olar.
  • Войти или зарегистрироваться, чтобы комментировать