xəbərim var! – Sergey bir də təkrar etdi. – Mən Nataşanı sevirəm. Amma sənə də çox hörmət edirəm. Sən də mənim üçün əzizsən. Mənim dostumsan!
Natiq yenə susub ona qulaq asırdı. Sergey davam etdi:
– Bilirəm, mən Nataşanı təmin edə bilmirəm. Yəni onun istədiyi kimi təmin edə bilmirəm. Heç ona bir uşaq da verə bilməmişəm…
– Xahiş edirəm, belə danışmayın! – Natiq istədi ki, onun könlünü alsın.
– Yox! – Sergey əlinin işarəsi ilə onu susdurdu. – Mən