zaur valievцитируетв прошлом году
Biz heç vaxt nə istəməli olduğumuzu deyə bilmərik, çünki bir ömür yaşayırıq və onu əvvəl yaşanan ömürlərlə müqayisə edə, sonrakı həyatımıza görə qaydaya sala bilmərik.

Yaxşısı Tereza ilə qalmaqdır, yoxsa tək qalmaq?

Hansı qərarın düzgün olduğunu yoxlamaq üçün heç bir imkan yoxdur, çünki müqayisə üçün də heç nə bilmir. Biz hər şeyi bir dəfə yaşayırıq, ilk dəfə və hazırlıq görmədən. Aktyor tamaşadakı rolunu heç bir məşq keçmədən necə oynaya bilər? Bax buna görə də həyat eskizə oxşayır. Amma “eskiz” də dəqiq söz deyil, çünki eskiz nəyinsə şəklidir, bu və ya digər rəsm əsərini çəkmək üçün hazırlıqdır, onda bizim həyatımız eskizdirsə, heç nəyin eskizidir, heç vaxt rəsm əsərində istifadə olunmayacaq eskizdir.

Tomaş alman atalar sözünü təkrarlayırdı: “Einmal ist keinmal”. Yəni bir dəfə – onsuz da heç dəfə kimidir. Əgər biz yalnız bir həyatı yaşamağa məhkum olunmuşuqsa, bu o deməkdir ki, ümumiyyətlə, yaşamamışıq.
  • Войти или зарегистрироваться, чтобы комментировать