Kilsənin – kişi obrazının dominant, «kişi başlanğıcı»nın əsas olduğu Kilsənin yüksəlişinə mane olurdu. Ona görə də, keşişlər müqəddəs «qadın başlanğıcı»nı demonlaşdırdı. Heç bir Allah yox, məhz İnsan «ilkin günah» konsepsiyasını irəli sürdü. Həvva almadan dişlədi və insan nəslinin əbədi günaha batmasına səbəb oldu. Həyat verən, bir vaxtlar müqəddəs hesab edilən qadın düşmənə çevrildi.