Xuraman Memmedovaцитирует5 лет назад
Təktanrılı dinin sonrakı inkişafı artıq yəhudi xal­qının tarixi çərçivəsindən kənara çıxır. Çox uzaq keç­mişdə ibtidai icmanın başçısı olmuş Atanın başına gəlmiş möhtəşəm dramın tək tanrı obrazına qarışıb kollektiv yaddaşa qayıdan başqa elementləri də vardı. Bu elementlər musaçılıq dininə qarışa bilməzdi, ancaq onlar şüura daxil ola bildilər və bunun nəticəsində, o dövrlərdə Aralıq dənizi hövzəsində yaşayan və öldürülmüş “Atanın qayıdışına” şahid olan bütün xalqların şüurunda hansısa günahla bağlı həyəcanlı və əzablı duyğular yaratmağa başladılar, bu isə yaxınlaşmaqda olan müəyyən fəlakətin hiss olunmasına bənzəyirdi və belə bir əzabverici duyğuların yaranmasının gerçək səbəbini onlardan heç biri anlaya bilmirdi. Çağdaş tarix elmində antik mədəniyyətin sonradan “qocalmasından” danışılır. Mən də bununla razılaşmağa hazıram, həm də bu qocalmanın da müəyyən ümidsizlik və ondan yaxa qurtarmaqla bağlı duyğular yaratdığına səbəb olduğunu da demək olar. Bu qurtuluş yolunu isə yenə də yəhudilər tapdılar. Qurtuluş ideyası üçün işlənən xammalın müxtəlif (o cümlədən yunan) qaynaqlarından götürüldüyünü də ehtimal etmək mümkündür, ancaq bütün bunlara baxmayaraq, burada da son sözü sırf yəhudi ağlı demişdi – bu, Tarsisli Saul adında Roma vətəndaşı olan və dini ədəbiyyatda Pavel adı ilə tanınan bir yəhudi olmuşdu – və hadisələrin mahiyyətini belə anlatmışdı: “Biz nə vaxtsa Atanı (yəni tanrını) öldürdüyümüz üçün bədbəxt olmuşuq”. İndi qurtuluş yolunun nə üçün Pavelə illüziya formasında gəlib çatdığı da bəlli olur və deyilənə görə, ona belə bir vəhy göndərilmişdi: “Biz üzərimizdə olan bütün günahları təmizləyə bilərik, lakin bunun üçün gərək bizlərdən biri bu günahlardan təmizlənə bilməyimiz üçün özünü qurban versin”. Bu deyilişdə günahın mənşəyinin Atanın öldürülməsi ilə bağlı olduğu xatırlanmır (bunun yerinə hansısa dumanlı və anlaşılmaz “ilkin doğulan günahdan” söz açılır), ancaq məlum olduğu kimi, öz həyatını qurban verməklə bağışlana bilən günah yalnız insanı öldürməklə bağlı ola bilər. Dini illüziya ilə (ilkin günahın bağışladılması) tarixi gerçəklik arasındakı (Atanı öldürməyə görə olan günahın bağışladılması) əlaqə Pavelə özünün ikinci tezisini qurmaqda kömək etdi və onun sözlərinə görə: “günahların bağışlanması mərasimində verilən qurban “tanrı oğlu” oldu”. Kollektiv yaddaşa qayıtmış ibtidai icma quruluşu dövrünün keçmişi ilə bağlı olan tarixi gerçəklik yeni dinə qeyri-adi psixoloji inam yaratdı, daha doğrusu, burada artıq “Həqiqətin” özü vardı; bu isə yeni dinə qarşısındakı bütün maneələri dəf etməkdə kömək etdi; yəhudilərin qürrələndikləri: tanrının seçdiyi xalq olmaları ilə bağlı duyğunun əvəzində isə, bu din insanlara ataya bəslənən ikili münasibətin inancın köməyilə aradan qaldırılmasını bağışladı və Atanın qarşısında olan günahlar Oğulun qurban verilməsi ilə yuyulmuş oldu.
  • Ziqmund Freyd
    Musa və təkallahlılıq
    • 381
    • 42
    • 3
    • 18
  • Войти или зарегистрироваться, чтобы комментировать