Lemetr nəzəriyyəsini ilk dəfə təklif edəndə, – Vittoriya davam etdi, – alimlər bunun tamamilə boş şey olduğunu elan etmişdilər. Onlar deyirdilər ki, materiya heç nədən yarana bilməz. Odur ki, Habbl Böyük Partlayışın mümkün olduğunu elmi şəkildə sübut edərək dünyanı silkələyəndə, kilsə öz qələbəsini elan etdi və bunun Müqəddəs Kitabın həqiqəti dediyinə subut olduğunu car çəkdi.