İş gününün xeyli hissəsini yeni dərslərə həsr etsə də, 101 kursunun dərsliyinin müqəddiməsi ona mənasız görünür: “İnsanlar dili fikir, duyğu və niyyətlərini bir-birinə çatdıra bilmək üçün yaradıblar”. Devidin heç kimlə bölüşməyib özünə saxladığı şəxsi qənaəti isə budur: nitq, əslində, nəğmələrdən yaranıb. Nəğmələr isə, hədsiz dərəcədə geniş və boş insan ruhunu səslərlə doldurmaq ehtiyacından yaranıb.