Bir evimiz olsun, heç kimin bilmədiyi, sadəcə ikimizin arasında sirr olan bir ev. Otaqların birində ancaq filmə baxarıq, sevdiyimiz bütün filmlər olsun. Evin tavanı şüşədən olsun, gecə yatarkən göy üzünə tamaşa edərik. Sanki sarılmasaq üşüyəcəkmişik kimi hiss edək həmişə. Səhərlər heç kimin olmadığı bir parkın içində ikimiz qoşa qaçaq. Sadəcə bir-birimizə gülək və itirmək qorxusunu içimizdən qovaq.