Amina Mamedovaцитирует4 года назад
«Mona Liza»nın incəsənət əsəri kimi dünyada böyük şöhrət qazanmasına baxmayaraq, ölçüləri 31 düymx21 düym olan kiçik şəkil idi. Yəni Luvrun suvenirlər köşkündə satılan reproduksiyasından da kiçik idi. O, şimal-qərbi divardan iki düym qalınlığı olan gülləkeçirməz şüşə altında asılmışdı. «Mona Liza» o vaxtlar rəssamlar arasında populyar olan çinar ağacından düzəlmiş lövhə üzərinə yağlı boya ilə çəkilmişdi. Əsərin dumanlı çəkilməsi da Vinçinin bir formadan digərinə səlis keçid effektini təmin edən sfumato texnikasını yaxşı bildiyinə sübut idi.
  • Войти или зарегистрироваться, чтобы комментировать