Məhz bu anlarda o başa düşdü ki, insanlar münasibətcə bir-birlərinə nə qədər yaxın olsalar da, həqiqətdə həmişə bir-birlərinə yaddılar. Əgər insanın canı ağrıyırsa, ağrı yalnız onun ağrısı olaraq qalır, başqa heç kim hətta o ağrının cüzi bir hissəsini belə öz üzərinə götürə bilməz. Əgər insan əzab çəkirsə, başqaları — onları əsl məhəbbət birləşdirmiş olsa da belə — bu ağrını hiss eləməz. Bundan da həyatda təklik yaranır.