İlişkilərdə biri-birinə bəslənən bu incə duyğuları gizlətməyə, onları biri-birindən qızırğanmağa dəyməz. Qarşılıqlı ilişkilərdə onları qarşı tərəf üçün nə qədər çox işlədirsənsə, ondan da bir o qədər çox qarşılığını alırsan. İlişkilədəki incəlik unudulanda ruhlar arasındakı bağlar qırılır, ərlə onun xanımı arasındakı ilişkilər pas kəsmiş qıfıla bənzəyir. Baxırsan qıfıldır, ancaq pas atıb, açılası deyil. Sevən ürəklərin sonradan bu duruma düşməsi çox olur.