restoranlarına, gözəl libaslı, cəlbedici, incəbelli, zərif qadınlarına qarşı hiss etdiyi heyranlıq ərşə çəkilmişdi. Stefanın təsəvvüründəki hər şey indi sönük çərçivələrə pərçimlənmiş ucuz və suni daş-qaşdan savayı bir şey deyildi.
“Kaş, indi Cənubi Afrikada olaydım”, – deyə Stefan fikirləşdi. Qəfildən öz evi üçün darıxdı. Parlaq günəş… Mavi səma… Başdan-başa gül-çiçəyə qərq olmuş göz oxşayan bağçalar… Mavi rəngin min bir çalarlı çiçəkləri… Plumbaqo kollarının hördüyü yöndəmsiz çəpərlər… Hər evi, hətta xırdaca daxmaları belə bürüyən mavi qəhqəhələr…
Stefan beynində yenə də “Kaş ki, bura gəlməyəydim”, – deyə fikirləşirdi.
Sonra o, gizli