özgələrdən nə isə gözləyərək acizləş, ya da özün özünə təkan verərək arzularına qovuş. Ən azından olduğun yerdən daha irəliləri fəth etmiş olarsan. Səni həvəsdən salmağa çalışanların yanından gülümsəyərək keç. Əlinin arxasını yerə vuraraq, təslim olmağı ağlının ucundan belə keçirmə. Səni qəbul edə bilməyən insanların sənə bir gün qibtə ilə baxacaqlarına inan. Yaşamın nə qədər heyrətamiz olduğunu məqsədinə çatan anda anlayacaqsan. Sən istəsən o gün o qədər də uzaq olmaya bilər.