Sizə danışdığım bu əhvalat olmuşlar idi. Ancaq olmuşlarla bitmir zamanın işi… Olmuşların bir olacaqları da olur həmişə. Elə bu danışdığım olmuşlar da nə vaxtsa olacaqlar olub həmin adamlar üçün. Necə ki, indi danışacağım olacaqlar da bir vaxt olmuş olacaq!
Olacaq, mütləq olacaq bu dediklərim! Cavid də, Təhminə də yarıac, yarıtox böyüyəcək. Cavid bacısına həm qardaş, həm də ata olacaq. Elə Təhminə də analıq edəcək ona, yeri gələndə. Cavid özü işdən-gücdən baş açıb oxuya bilməsə də Təhminəni oxudacaq