b0497577606цитирует9 лет назад
Çökmə

Hələ bu işlər başlayanda universitetin alimləri özlərini çox pis hiss etdilər, çünki onlar illər boyu professor dərəcəsini almaq üçün dəridən-qabıqdan çıxırdılar.
Onların çoxu onlara verilən dərs saatından gileyləndi, ya da konfranslarda mikrofonu əllərində elə tutdular ki, sanki kimsə gəlib oturduqları stulu çəkib ­aparacaqdı.
Konfrans iştirakçılarının çoxu postmodernizm mövzusundan bezmişdilər. Əgər konfrans vaxtı fasilədə verilən qəşəng yeməklər olmasaydı, onlar müzakirələrdə heç sonacan iştirak etməz, belə ağır mövzuda müzakirə aparmazdılar.
Hər müzakirənin sonunda daha yüksək səslə danışanı qəbul edirdilər. Rəsmilər konfransda iştirak etməyəndə konfrans təşkilatçıları səsvermənin nəticələrinə yalan deyir, ya da çıxış edənlərin vaxtını uzadırdılar.
Elə mənzərə yaranırdı ki, guya bu mövzuda bir hamar cümlə danışa bilməyənlərin nitqini zorla yarıda kəsirlər. Evdə arvadlarına qulluqçu olanlar, tərəvəz mağazalarında oğruçu olanlar indi iddia irəli sürürdülər ki, guya dünyanın super alimidir.
Konfransdan üç gün keçənə qədər onlar arasında heç bir sülh olmazdı. Fasilədə verilən yaxşı yeməyin sayəsində çıxış edərkən bağıranların heç biri öz yerini itirmədi.
Master A yenidən bağırırdı. Onun boğazının damarları bağırmaqdan qabarıb çıxmışdı. Onun nitqi qusmağı gəldiyindən dörd dəfə yarıda kəsilmişdi.
Master B bağırtıdan narahat oldu. Narazılığını bildirmək üçün Master B tribunaya qalxdı, yüksəkdən “hürməyə” başladı. Elə bağırırdı ki, onun quduzluğa yoluxduğunu güman etdik.
Master C öz çıxışında əsl alimlərdən söz açdı. Onun səsi elə yumşaq idi ki, konfrans iştirakçılarına ayaq silmək üçün yumşaq dəsmalı xatırlatdı. Bəziləri hətta kövrəldi. Bəziləri bərkdən hönkürdü.
Master D-nin çıxışı kəskinliyi ilə yadda qaldı. O elə səs-küylə danışırdı ki, sanki səsi daşdoğrayan maşından çıxırdı. Qoca alimlər dərhal ürək dərmanlarını ağızlarına atdılar, ancaq bəziləri bunu etməyə cəhd etmədi.
Sonra tribunaya iki master eyni vaxtda çıxdı. Biri o qədər həyəcanlı idi ki, nə deyəcəyini də yada sala bilmədi, əllərini yuxarı qaldırdı, sanki havada nəyisə tutmağa çalışırdı. Alqış səsi eşitməyəndə özünü ələ ala bildi. O biri isə çıxışını öskürə-öskürə yekunlaşdırdı.
Kəskin müzakirələr, döyüşkən ab-hava konfrans zalının onsuz da çökmüş tavanın daha bərbad hala saldı.
Bir alim özünün iqtisadi prinsiplər “qılıncı”nı yelləyib fikrini bəyan etmək üçün tribunaya çıxanda tavan çökdü.
Bəziləri elə yerindəcə canını tapşırdı. Bəziləri güclə ölümdən qurtuldular, bəziləri çökmüş tavan altda da dalaşmaqda davam etdilər.
İlk dəfəydi ki, belə bir yüksək səviyyəli elmi konfransa dəvət olunmuşdum. Vəzifəm sadəcə alimlər üçün stəkanlara qaynanmış su tökmək idi. Əgər tavan çökməsəydi, su stəkanlarına arsen əlavə edəcəkdim. Beynim bununla çoxdan məşğul idi, ancaq yeganə problem buydu ki, arsenlə duzu bir-birindən ayıra bilmirdim.
  • Войти или зарегистрироваться, чтобы комментировать