Sizin uşaqlarınız var?
– Siz mənim uşaqlarımın olmasını istəyirsiniz?
– Hə.
– Nəyə görə?
– Ona görə ki, dünyaya övlad gətirən qadınlar o biri qadınlardan fərqli olaraq, təbiəti özlərinə ram edirlər və bu da onlara həyatı daha dərindən başa düşməyə imkan verir. Həm də kişiləri.
– Cəfəngiyatdır.
– Yox. Onlar qızğın şəkildə potensial ata axtarışını dayandırırlar. Onlar yalnız oynamaq istəyirlər.