Öz rəngi olmayan, su duruluğundakı həmin daş-qaş, sən demə, qədim Grek aləminin Qaf dağından, dağın gizli mağaralarından çıxarılıb. Çıxaranlar əbədiyyətə qədər əriməyəcək buzu yaratdıqlarına inanıblar, bu daşın adını öz dillərində “buz” demək olan “xrustalos” qoyublar, büllurları da daima bu adla çağırıblar.