Adamlar var ki, doğulmalı olduqları yerdə deyil, tamam başqa bir yerdə dünyaya gəlirlər. Ancaq tale onları hansı diyara atsa da, heç görmədikləri o doğma yerin həsrətini həmişə çəkirlər. Yaşadıqları yerdə bu cür adamlar özlərini qərib hiss edir, körpəlikdən tanıdıqları yamyaşıl xiyabanlar, oyandıqları izdihamlı küçələr onların ömür yolunda yalnız ötüb keçən bir mənzərə təsiri bağışlayır. Onlar doğmalar arasında yad kimi yaşayır, doğulduqları diyarda rəqib olurlar. Bəlkə elə bu qəriblik hissi o adamları harasa lap uzaqlara çəkib aparır, könül bağlayıb, yurd salıb həmişəlik yaşamağa çağıran hansısa bir qüvvə cəzb edir onları.