Mİsir Məmmədliцитирует5 лет назад
Petroviç tezliklə burada da öz məqsədinə nail olmuşdu, ancaq qələbənin asanlıqla başa gəlməsi onun qəlbini soyutmamışdı. Əksinə, həmin qadına daha artıq iztirabla və daha möhkəm məftun olmuşdu. Qadın ona bütün varlığı ilə təslim olduğu zaman da, sanki onda nə isə, ən qiymətli, əlçatmaz, heç kəsə müyəssər olmayan bir şey qalırdı. Bu qəlbin içərisində gizlənən şey nə idi, onu Allah bilir. O şey sanki qadının özünə də məlum olmayan gizli qüvvələrin ixtiyarında idi.
  • Войти или зарегистрироваться, чтобы комментировать