Döyüşdə niyə səngər qazırlar? Təkcə ona görə yox ki, düşmən gülləsindən qorunursan, həm də ona görə ki, bu qazma sənə ölüm evini – məzarı xatırladır. Torpaq adamın canından qorxunu sorub çıxarır, hər şeyin ötərgi, tənha və fani olduğunu aşılayır ruhuna… Səni bu dünyaya bağlayan yalançı telləri qırıb dağıdır. Adam belə anlarda özünü gizləyə bilmir…