Mən inanıram ki, beşgünlük ömrümüzü zəhərləməmək üçün nə ötən günlərimizə, nə guya əldən buraxdığımız imkanlara heyifsilənməli, nə də özümüzü gələcəyə aid xəyallarla arxayınlaşdırmalı, bugünkü həyatımızla, dolanışığımızla kifayətlənməli və ömrü başa vurmalıyıq. Hər bir hadisənin insanı əyləndirən cəhəti də olur.