Xuraman Memmedovaцитирует4 года назад
Hər cür təbibin yanında olmuşam: əla diaqnoz qoyurlar, bütün xəstəliyi sənə barmaqlarıyla göstərirlər, ancaq sağalda bilmirlər. Burada bir tərifli tələbəcik peyda olub: deyir ki, ölsəniz belə, hansı xəstəlikdən öldüyünüzü tam biləcəksiniz! İşləri-gücləri mütəxəssis yanına göndərməkdir: guya bunlar ancaq diaqnoz qoyurlar, amma filan mütəxəssisin yanına getsəniz, o sağaldacaq. Sənə deyim ki, bütün xəstəlikləri sağaldan əvvəlki doktorlar tamamilə, büsbütün yoxa çıxıblar, indi ancaq mütəxəssislər qalıb, onlar da qəzetdə məqalə çap etdirməklə məşğuldurlar. Burnun ağrıyır, onlar səni Parisə göndərirlər: guya oradakı avropalı mütəxəssislər burunu sağaldırlar. Gedirsən Parisə, burnuna baxıb deyir ki, ancaq sol dəliyini müalicə edə bilər, ona görə ki sağ dəlikləri müalicə etmir, bu onun sahəsi deyil, ona görə də buradan Vyanaya getməlisinz, oradakı xüsusi mütəxəssis də burnunuzun sol dəliyini müalicə edəcək. Nə edəsən?
  • Войти или зарегистрироваться, чтобы комментировать