Astrid Lindqren(1907-2002) İsveçlı uşaq yazıçısı. Astrid Lindqrenin əsərləri əksər Avropa və dünya dillərinə tərcümə olunub. “Damda yaşayan Karlson” – Lindqrenin “Balaca və Karlson ” trilogiyasının ilk kitabıdır. Əsərin qəhrəmanları Stokholmun Vazastan ərazisində,çoxmənzilli binada yaşayırlar. Belində kiçik propeller olan Karlson damda, Svante Svantesson, “Balaca” ləqəbli yeddi yaşlı oğlan isə evdə. Əsər mifik Karlsonla kiçik oğlanın dostluğundan və macəralarından danışır.