Elə ki gecə düşür, hər yana qaranlıq çökür, mən hər şeydən qorxmağa başlayıram: həyatdan, ölümdən, sevgidən, yaxud sevgisizlikdən
“Buz dövründə heyvanlar soyuqdan ölməyə başlayanda iynəli kirpilər bir yerə yığışıb qərara aldılar ki, birlikdə yaşasınlar və biri-birini isidib müdafiə etsinlər. Amma onların iti iynələri yaxındakına, biri-birini daha çox isidən yoldaşına batır, qanadırdı. Ona görə də, onlar yenidən ayrıldılar, uzaqlaşdılar.
Ayrılan kimi də soyuqdan donub ölməyə başladılar.
Onlar seçim qarşısında qalmışdılar: ya ölüb yer üzündən yox olacaqlar, ya da onlara yaxın olanların iynələrinə dözməlidirlər.
Axırda onlar ağıllı qərar qəbul edib yenidən bir yerə yığışdılar. Yaxınlarının, yoldaşlarının onlara vurduğu yaralara dözməyi yavaş-yavaş öyrəndilər, çünki onların sağ qalıb yaşaması üçün ən əsas şey biri-biri ilə paylaşdıqları o hərarət idi”.
İnsan həyatını özü seçmir, həyat onu seçir. Həyat sənə nə bəxş edəcək – sevincmi, kədərmi, deyə soruşmağın mənası yoxdur – bilə bilməzsən. Nə veribsə, al çiyninə, daşı.
Həyat əbədi bayram deyil, daimi öyrənmək prosesidir.
Amma uşaq da bilir ki, fırtınadan qabaq sakitlik olur, elə bilirsən ki, fəlakət ötüb keçdi
“Əlvida” dedi, “hələlik” yox, çünki bilirdi ki, onları bir daha görməyəcək, görüşməyəcəklər
ətrafda hər şey dəyişirsə, demək, bu, bir gün səni də qəflətən yaxalayacaq.
bir dəfə atamla Materhorna getmişdik, yolda tez-tez dayanıb hər şeyi çəkirdim. Axırda atam dözmədi: “Doğrudanmı, elə bilirsən, bu boyda gözəlliklər sənin o balaca lentinə sığışar? Çalış, bunları qəlbinə yığ, yaddaşına köçür! Bu daha lazımlıdır, nəinki gördüklərini başqalarına göstərmək”.