Heyvanlar təəccüb dolu baxışlarını donuzlardan insanlara, sonra isə təkrar insanlardan donuzlara çevirirdilər. Gözlərini zilləyib təkrar-təkrar baxırdılar. Lakin artıq onları biri-birindən fərqləndirmək, kimin kim olduğunu ayırd etmək mümkün deyildi.
Bizim yeganə düşmənimiz İnsandır! İnsanı səhnədən uzaqlaşdırın, o zaman aclığı, ehtiyacı, kölə əməyini doğuran səbəblər də aradan qalxacaq!
İnsan yeganə məxluqdur ki, heç nə istehsal etmədən hər şeyə sahib çıxır. O, süd vermir, yumurtlamır, kotana qoşulmaq üçün çox zəif, dovşanı qovub tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanların üzərində hökmrandır. O zavallı heyvanları qabağında qul kimi işlədir, onlara yalnız acından ölməmələri üçün yem verir.
Hər bir uğur, taleyin hər bir töhfəsi üçün Napoleona minnətdar olmaq adət halını almışdı. Məsələn, bir toyuq başqa toyuğa deyirdi: “Böyük Rəhbərimiz yoldaş Napoleonun qayğısı sayəsində beş gündə altı yumurta yumurtlamışam”.