Xoşbəxtliklə nə qazanılır, nə itirilir. O, sadəcə, mövcudluq halıdır.
Sevgi ya hər zaman var, ya da ki yoxdur.
Bağlılığım varsa İTİRMƏ qorxum da yaranıb. Qorxum varsa, istəməsəm də üzləşmə vaxtı yaxındır. Qorxu içində, qorxumun yaratdıqları ilə baş çıxarmağım mümkün deyil. İzləyə bilirsənmi?
İnsan insanı necə satın ala bilər?
Həyatımız boyu daim suallara cavab axtarırıq, elə deyilmi? Necə varlı, necə daha gözəl ola bilərəm? Daha xoşbəxt, müvəffəqiyyətli... Daha yaxşı... Daha yaxşı... Bunları istəməyimiz üçün öyrədilirik. Ailəmizdən başlayan daha yaxşı olma yarışı ardıcıl olaraq məktəblərdə, dostlar arasında və hətta evlilik həyatımızda da davam edir. Eynən labirint kimi... Bunları istəmədikdə isə yeni axtarışa başlayırıq. Bəlkə də arzuladıqlarımızın əlçatmaz olduğunun fərqinə varan beyin bizimlə yeni oyun oynayır.
Deyək ki, sənin Ferrarin var. Əgər onu minəndə həqiqi həzz içində, sadəcə, xoşbəxtsənsə problem yoxdur, dadını çıxar. Amma bunu ətrafa göstərmək üçün edirsənsə, bu xoşbəxtlik deyil, bədbəxtliyin, yəni sevilməyə və diqqətə olan ehtiyacın xarici dünyadakı maddələşmiş halıdır
Bəlkə də arzuladıqlarımızın əlçatmaz olduğunun fərqinə varan beyin bizimlə yeni oyun oynayır.
qorxanın kim olduğunu bilirsənmi? Adəm! Bəli, Adəm, yəni ilk insan. Hətta onun insan olmasına səbəb olan şeydir qorxu.
Çünki istəmədən, ehtiyac ucbatından, sevginizi və ruhunuzu qatmadan gördüyünüz hər iş köləlikdir.
Modern kölə – yeni dünyada müasirlik adı altında özünü kölə hiss etməyə imkan verməyən hipnozun təsiri ilə əsarət deməkdir..