Gözdən uzaq, öz halında, öz havasında Pircahan qəsəbəsi… Bol-bərəkətli Ağ göl, sadə balıqçı ailələri, yaşamla paralel mamırlı daşların əfsanəsi, qoşa iydələrin qoruyucu gücü… Övliyaların qoruması altında dünyadan ayrılmış məskən. Bir gün dəyişən dövranın əsintisi gəlib bu qəsəbəyə də çatacaq. Yaşam çalxalanacaq. Çəpər (tale) hörən (yazan) adam (qüvvə) bu yerlərdə ilk itkisini verəcək. Mamırlı daşların sirri bu dəfə belə oxunacaq — Yeni qoruyucunun peyda olacağı gözlənilir! Ağ göl gənc Pirməmmədi udub, bədənini gizlədib, ruhunu hadisələrin içinə yollayıb və o, pircahanlıların aça bilmədiyi sirri astaca pıçıldayır.