Herman Hesse — Nobel mükafatı laureatı, «Muncuq oyunu», «Yalquzaq» kimi məşhur romanların, «Nərgiz və Qoldmund», «Demian» və s. povestlərin müəllifidir. Hind mövzusunda olan «Siddhartha» (1922) povesti Hessenin ilkin yaradıcılığının ümumiləşdiricisi rolunda çıxış edir. Əsərin güclü psixo simvolik mövzusu isə onu yazıçının sonrakı işlərilə doğmalaşdırır. Povestin qəhrəmanı müqəddəs Hautama Buddanın adaşıdır.