Stenoqrafçı qız divanın arxasından kişi cəsədi aşkar edir… Şeyla Veb ona verilən təlimata əsasən Vilbraham Kresent küçəsi, 19 nömrəli evə daxil olmuşdu. Evə daxil olduqdan sonra dəhşətli hadisə ilə qarşılaşdı; qonaq otağının döşəməsində sərilmiş bir kişi cəsədi… Cinayətin Puaroda maraq oyandıran tərəfi isə zaman faktoru idi. Şokda olmasına baxmayaraq Şeyla ququ saatının üçü vurduğunu aydın bir şəkildə xatırlayırdı. Lakin qonaq otağındakı dörd saat isə saat 4.13-ü göstərirdi. Ən qəribəsi isə bu saatlardan sadəcə biri ev sahibinə məxsus idi!