Kişi kişinin namusuna toxunmaz, İman!
Bu dağlar, uça dağlar,
Hamıdan qoca dağlar.
Sizin kimi qardaşa
Yaman möhtacam, dağlar
Düşmənsiz kişi yaraqsız əsgər kimi bir şeydi.
Gözdən yox, ürəkdən. Duzlu göz yaşı axmadı. Belə olanda hər şey yüngül keçir. Elə ki, ürəkdə ürəkdən böyük bir ağrı olur. O ürəyi çıxarıb özü onun yerinə girir, bu ağlamaq kişi ağlamağıdı. Onun ağrısı heç vaxt keçmir. Üstündən otuz-qırx il ötəndən sonra, qocalıqda yada düşəndə bax. Onda gözdən yaş çıxır. Çünki ürək o ürək deyil. Möhkəmliyini, təpərini itirib, kövrəklik yaranıb, kövrəklik isə gözlə, onun yaşı ilə bağlı olur. Yaş axan kimi kövrəklik əriyir, buz kimi suya çevrilir, gilə-gilə axıb gedir. Altından ot da bitər, çəmən çiçəkləri də
Ağ dağlar çən geyindi,
Gen biçdi, gen geyindi.
İgid paltar tapmadı,
Qardan kəfən geyindi.
Göz qaldı kəhərində
Əvvəl ürək də yumşaq olur, çətinliyə rast gələndən sonra bərkiyir.
Əvvəl ürək də yumşaq olur, çətinliyə rast gələndən sonra bərkiyir.
Düşmən etibarı qazanmaq hər kişiyə qismət olmur.
nə qədər dəmir qapılı olsan, yenə də taxta qapılıya işin düşəcək.
Göydə cüt ulduz axdı,
Gunün günorta vaxtı,
Düşmənin gözü çıxsın,
Döşünə lalə taxdı