Əgər siz nə vaxtsa dediyiniz kəlmələrə rast gəlsəniz, paralel aparmağa çalışmayın – mən doktor Frankenşteynəm, bəli, mən sizin topuqlarınızı kəsmişəm, ancaq qalan hissələri başqa kimlərdənsə götürmüşəm…
Qadına xoşbəxt olması üçün başqa nə lazımdır ki? Qadınların qulaqları ilə sevməsi söhbəti düzgün deyil, biz bizi dinləyən qulaqları sevirik.
Mən onun sabah zəng edəcəyini bilirdim, o da mənim onun zənginə dərhal yox, dördüncü və beşinci siqnal səsindən sonra cavab verəcəyimi bilirdi. Hər ikimiz bir oyunçuyduq, sadəcə, ikimizdən birini günlərin birində qrossmeyster adı, digərinisə öz məğlubiyyətini etiraf etmək gözləyirdi