Yazıçılıq hər kəsin bildiyi, amma bildiyini bilmədiyi şeylərdən bəhs etməkdir.
ən səfeh, ən kəndli, ən zamansız, dövrdən və dəbdən ən uzaq, ən ağılsız, ən yanlış və ən qəribə kitablarını belə gülünc bilib bir kənara atmamağı öyrəndim. Bu kitabları sevməyimin sirri onları, müəlliflərinin istədiyi kimi oxumaq deyildi. Bu qəribə, lazımsız, müəyyən yerlərdə heyrətləndirici dərəcədə gözəl kitabları da, özümü həmin kitabların müəlliflərinin yerinə qoymaq üçün oxumuşdum. Əyalətdən qurtulmanın yolu əyalətdən qaçmaq deyil, o duyğu ilə sonuna kimi bir yerdə olmaqdı. Beləliklə, həm getdikcə böyüyən kitabxanamın içinə dərinləşməsinə daxil olmağı, həm də onunla arama bir məsafə qoymağı öyrəndim
Özümü xoşbəxt hiss etmək üçün hər gün ədəbiyyatla məşğul olmağım lazımdır. Necə ki, hər gün bir miqdar dərman qəbul etməsi vacib olan xəstələr var, eyni elə. Hər kəs kimi bir həyat yaşamaq üçün şəkər xəstələrinin hər gün bir dəfə iynə ilə dərman qəbul etmələrini uşaqlıq illərimdə öyrəndiyimdə, onlar üçün çox narahat olmuşdum, onların yarıölü olduqlarını düşünmüşdüm. Ədəbiyyata olan bağlılığım da məni bu mənada, “yarıölü” bir vəziyyətə gətirib çıxarıb. Xüsusilə gənc bir yazar ikən mənə “həyatdan qopmuş” olduğumu söyləyənlərin bu “yarı ölü” vəziyyəti nəzərdə tutduqlarını düşünürdüm. Buna “yarı xəyalət” də deyə bilərik. Bəlkə də ölüyəm və içimdəki cəsədi ədəbiyyat vasitəsilə həyata qaytarmağa çalışıram” deyə düşündüyüm vaxtlarım da olub. Ədəbiyyat mənə bir dərman kimi gərəklidir. Qaşıqla və ya iynə ilə qəbul edilən dərman kimi hər gün qəbul edəcəyim “ədəbiyyat”ın, nəşəxorlarda olduğu kimi bəzi xüsusiyyətləri və mənaları var.